Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb

Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb

Bloger Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmalar aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, aparılan araşdırmalar nəticəsində həmin şəxsin paytaxt sakini, 42 yaşlı Elxan Tağıyev olduğu müəyyən edilib:

"O, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunub və onunla profilaktiki söhbət aparılaraq sərbəst buraxılıb. Həmin şəxs polis əməkdaşı deyil, ümumiyyətlə, əvvəllər də polis orqanlarında xidmət etməyib. Elxan Tağıyev mübahisə zamanı işlətdiyi kobud ifadələrə görə peşman olduğunu bildirməklə, üzrxahlıq edib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...