Azərbaycanda Fulya Öztürklə bağlı film çəkiləcək

Azərbaycanda Fulya Öztürklə bağlı film çəkiləcək

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin və müharibə ilə bağlı dəqiq informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" televiziyasının reportyoru Fulya Öztürk barədə sənədli film çəkiləcək.

"Report"un məlumatına görə, "Fulya" adlı ekran əsərinin ssenari müəllifi və rejissoru kinorejissor Tahir Tahirovicdir.

Filmdə F.Öztürkün və müharibə dövründə onunla birlikdə Azərbaycanda, xüsusən də cəbhə bölgəsində çəkilişlər aparan operatorun lentə aldığı və indiyədək yayımlanmayan 11 saatlıq video materiallardan istifadə ediləcək.

Ekran əsərinin çəkilişlərinə bu ilin iyun ayında "CNN Türk"ün İstanbul şəhərində yerləşən baş ofisində start veriləcək, sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək. Filmin çəkilişləri Şuşada yekunlaşacaq.

Layihə “Azərbaycanfilm” və “DADA Film Prodakşn” birgə istehsalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1584 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...