"Yaxşı şeylərdən yazın ki, sizi sevsinlər” - Polkovnik

"Yaxşı şeylərdən yazın ki, sizi sevsinlər” -

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun jurnalistlər üçün tikilən binadan mənzil istəməsi barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri bu halı tənqid edib və “onun villası var” deyərək etiraz ediblər.

“Qafqazinfo” yayılan məlumatın doğru olub-olmadığını öyrənmək üçün V.Əsədovla əlaqə saxlayıb. Polkovnik saytımıza açıqlamasında villası olmasını təkzib edib: “Ev istəmişəmsə, burda nə qəbahət var ki? Bu, gizli bir şey deyil. Kim nə yazır özü bilər. Nə varsa, əvvəl axır bilinəcək”.

V.Əsədov bu mövzudan yazmamağı məsləhət görüb: “Yolların bağlanmasından, mənim mükafat almağımdan yazın. Yaxşı şeylərdən yazın ki, sizi sevsinlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
933 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...