Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Dünya birjalarında Brent nefti cüzi bahalaşıb. Virtualaz.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,07% azalaraq 44,70 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,09% artaraq 47,04 dollar olub. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti də 1,25 dollar və yaxud 2,59% azalıb. Nəticədə "Azeri LT CIF" markalı neftin qiyməti 47,06 dollar/barelə bərabər olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
953 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...