“Naviqator Mobil Servises” işgüzar nüfuzunu müdafiə edə bilmədi

“Naviqator Mobil Servises” işgüzar nüfuzunu müdafiə edə bilmədi


Bakı Apellyasiya Məhkəməsində “Naviqator Mobil Servises” MMC-nin “Report” İnformasiya Agentliyinə (İA) qarşı qaldırdığı iddia əsasında məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

"Qaynarinfo" xəbər verir ki, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, “Report” İA-nin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub. Məhkəmə “Naviqator Mobil Servises” MMC-nin iddia tələbini rədd edib.

Qeyd edək ki, “Naviqator Mobil Servises” MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsi və dəymiş zərərin ödənilməsi barədə tələb irəli sürüb. Şirkət müraciətində bildirib ki, “Naviqator Mobil Servises” MMC barədə “Report” İA tərəfindən həqiqətə uyğun olduğu sübuta yetirilməyən, şirkətin işgüzar nüfuzunu alçaldan məlumatların, həmin məlumatların yayıldığı www.report.az internet saytında təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və şirkətin işgüzar nüfuzunun ləkələnməsi nəticəsində dəymiş maddi ziyanın iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 03.08.2016-cı il tarixli qətnamə ilə “Naviqator Mobil Servises” MMC-nin iddia tələbi qismən təmin edilib. Məhkəmə iddiaçı “Naviqator Mobil Servises” MMC barədə “Report” İA tərəfindən həqiqətə uyğun olması sübuta yetirilməyən məlumatların, həmin məlumatların yayıldığı www.report.az internet saytında təkzib edilməsi vəzifəsinin “Report” İA-nın üzərinə qoyulması barədə qərar çıxarıb. Bundan başqa, cavabdeh “Report” İA-dən iddiaçı “Naviqator Mobil Servises” MMC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun 10 manat hissəsində əvəzi tutulması ilə bağlı qərar verilib. İddiaçının işgüzar nüfuzunun ləkələnməsi nəticəsində şirkətə dəymiş maddi ziyanın cavabdehdən “Naviqator Mobil Servises” MMC-nin xeyrinə tutulması hissəsində isə iddia tələbi rədd edilib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermişdi.

“Report” İA-nin nümayəndəsi Kamandar Nəsibov bildirib ki, iddiaçı “Naviqator Mobil Servises” MMC tərəfindən məhkəməyə təqdim edilmiş apellyasiya şikayətində göstərilənlərin heç biri hüquqi əsası yoxdur: “Belə ki, apellyasiya instansiya məhkəməsi məhkəmə prosesi gedişatında sözügedən apellyasiya şikayətində mübahisələndirilən məsələləri ədalətli şəkildə, hərtərəfli və tam obyektiv araşdırıb, eləcə də, qanuni qətnamə qəbul edilməsi üçün tələb olunan bütün sübutlar tərəfimizdən məhkəməyə təqdim olunub. Bakı Apellyasiya Məhkəməsi də bunun əsasında əsaslı və qanuni qətnamə qəbul edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...