Qadın paltarı geyinib həbsdən qaçmaq istədi və...

Qadın paltarı geyinib həbsdən qaçmaq istədi və...


Hondurasın San Pedro Sula şəhərindəki həbsxanada maraqlı bir hadisə qeydə alınıb. "Ölkə.Az" xəbər verir ki, məhkum qadın paltarı ilə həbsxanadan qaçmaq istəsə də, planı uğursuz alınıb. "Don Çiko" qruplaşmasının lideri olan Fransisko Herrera Arqueta 2015-ci ildə həbs edilib. Bu yaxınlarda isə qadın paltarında həbsxanadan qaçmaq istəsə də, son anda həbsxana nəzarətçilərinin diqqətini çəkib.

Sarı parik, qara qadın eynəyi, saxta sinə, dekoltye kofta və mavi don geyinən Argueta həbsxanaya yaxınını ziyarət edən bir qadın kimi aradan çıxmaq istəyib. Cinayətkar həbsxanadan Jakinta Elvira Araujonun şəxsiyyət vərəqəsi ilə çıxmaq istəyəndə qalın səsi və qəribə davranışları ilə diqqət cəlb edib.

Səsinin qalın olması və davranışlarından qadına bənzəməməsi həbsxana nəzarətçilərini şübhələndirib. Onlar Fransiskoya həbsxanadan qaçmağa imkan verməyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...