"İt toyu"na görə Aşıqlar Birliyindən qovulan musiqiçi danışdı - AÇIQLAMA

"İt toyu"na görə Aşıqlar Birliyindən qovulan musiqiçi danışdı -
Bir neçə gün əvvəl Goranbaydakı iş adamı Qalib Mustafayevin itlərinin toyundan iştirak edən balaban ifaçısı Haqverdi Əliyev Azərbaycan Aşıqlar Birliyindən çıxarılıb. Lent.az xəzərxəbər-ə istinadən xəbər verir ki, balaban ifaçısı Haqverdi Əliyev toyda bəy və gəlinin itlər olacağından xəbərsiz olduqlarını deyir. Amma o, toyda itlərə bəy tərifi demələrini də gülərək boynuna alıb.

Haqverdi Əliyev ona qarşı olan iddiaların əsassız olduğunu deyir. O, Aşıqlar Birliyinə qərarı dəyişmək üçün yenidən müraciət edəcək.

İtlərə bəy tərifi deyən aşıq Şəmməd isə toyun normal bir mərasim olacağını zənn etdiyi üçün getdiyini deyib. Toydakı əziyyətlərinə görə pul belə almadıqlarını deyən aşıqlar bu videonun yayılmasını onlara qarşı edilən təxribat olduğunu deyiblər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
975 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...