Bakıda ilk – 7 nəfərlik taksilər

Bakıda ilk – 7 nəfərlik taksilər
Bakıya yeddi nəfərlik yeni taksilərin gətirilməsi nəzərdə tutulur.

Trend-in taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin birindən əldə etdiyi məlumata görə, hələ ki, belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması dəqiq müəyyənləşdirilməyib.

Məlumat verən mənbə bildirib ki, bu istiqamətdə işlər aparılır, tələbat öyrənilir, hansı rəngin şəhərə daha uyğun olması müəyyənləşdirilir:

“İşlər başa çatdıqdan sonra belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması ilə bağlı qərar veriləcək. Yeddi nəfərlik taksilər həm rahatlığına, həm də imkanlarına görə digərlərindən fərqlənəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...