AFFA Qriqorçuku cəzalandırdı

AFFA Qriqorçuku cəzalandırdı


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 16-cı turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, fevralın 3-də Premyer Liqanın XVI turunun AZAL – “Qarabağ” matçının 45+3-cü dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qəbələ” – “Neftçi” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90+1-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk və “Neftçi” klubunun məşqçisi Oleksandr Deriberin texniki zona qaydalarını pozduqlarına görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki məşqçi 1 oyun cəzalanıb, “Qəbələ” klubunda bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat, “Neftçi” klubu isə 800 manat cərimə olunub.

Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə klublara daha ağır sanksiya tətbiq olunacaq.

Fevralıb 4-də “Zirə” – “Kəpəz” matçında “Zirə” klubunun 5, “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.

Oyunun 28-ci dəqiqəsində “Zirə” klubunun 20 №-li futbolçusu Meza Colli və oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 36 №-li futbolçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
877 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...