Azərbaycan ərazisində yağış yağacaq

Azərbaycan ərazisində yağış yağacaq

İyunun 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 18-22, gündüz 27-32 dərəcə isti olacaq.


Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperaturun aran rayonlarında gecə 18-29, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-11, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1393 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...