“Nailə Mirməmmədli ilə Samir mənə qarşı qruplaşma yaradıb“ - Elza

“Nailə Mirməmmədli ilə Samir mənə qarşı qruplaşma yaradıb“ -


Əməkdar artist Elza Seyidcahan “Azərbaycanın səsi” yarışmasındakı münsiflərdən şikayətlənib. Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişində bəstəkar Nailə Mirməmmədli və xalq artisti Samir Cəfərovun ona qarşı qruplaşma yaratdığını deyib:

“Nailə ilə Samirdə mənə qarşı qruplaşma var. Üzə vurmaslar da, daxillərində olduğunu hiss edirəm. Nailə xanım, açıq-açıq hamını tərifləyir ki, sən ürəksən. Bizim ürəyimiz yoxdur? Daş deyilik ki... Ürəyimiz də, böyrəyimiz də, ciyərimiz də var”.

N.Mirməmmədli isə E.Seyidcahanın bu iddiasını qəbul etməyib. Bəstəkar “Qruplaşmaya inanmayın. Sənətə qapılanda belə hallar olur, tərifləyirik” deyə, cavab verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
908 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...