300 min suriyalı Türkiyə vətəndaşlığı ala bilər
Hazırda Türkiyədə 3 milyona yaxın suriyalı var, onlardan 2 milyonu qadın və uşaqlardır. Türkiyə KİV xəbər verir ki, tədricən həmin insanlara vətəndaşlıq veriləcək.
İlkin mərhələdə peşəsindən asılı olaraq 30-40 min nəfərə vətəndaşlıq veriləcək. Ümumilikdə isə 300 min nəfərə Türkiyə vətəndaşlığının verilməsi nəzərdə tutulub. Əsas peşə sahibləri olaraq həkim və mühəndislərə önəm veriləcək.
Lakin vətəndaşlığın verilməsi üçün bir sıra meyarlar nəzərdə tutulub. Belə ki, Türkiyə vətəndaşlığını qəbul edən suriyalılar 1 il müddətində heç bir seçkidə səs vermək hüququna malik olmayacaq. Eyni zamanda, qanunvericiliyə görə, vətəndaşlıq hüququ əldə etmək üçün əcnəbilərin Türkiyədə 5 il qalmaları şərtdir. Pulu olan və investisiya yatıra bilməyən suriyalı iş adamları üçün də imkanlar yaradılacaq. Bundan başqa, suriyalılara vətəndaşlıq verilməsi barədə ictimaiyyətdə yarana biləcək mənfi fikirlərin aradan qaldırılması istiqamətində işlər də görüləcək.
923 dəfə oxundu