Əmrə Mor: “Öncə türkcəni öyrənməliyəm”

Əmrə Mor: “Öncə türkcəni öyrənməliyəm”


Türkiyə millisinin futbolçu Əmrə Mor türk xalqının ona göstərdiyi diqqətdən məmnun qalıb.

Qol.az-ın “Sabah” qəzetinə istinadən yaydığı xəbərə görə, Xorvatiya ilə oyunda meydana çıxmaqla Türkiyə komandasının Avropa çempionatlarının bütün tarixi ərzində çıxış edən ən gənc futbolçu olan 19 yaşlı Əmrə milliyə gəldiyi ilk gündən türk xalqından özünə qarşı sevgi gördüyünü deyib:

“Məni ilk gündən sevdilər və bunu ən yaxşı şəkildə də davam etdirirlər. Mən də onlarla daha yaxşı ünsiyyət qurmaq üçün Dortmunda dönən kimi öncə türkcəni öyrənməliyəm. Buna görə də dərslərə başlayacağam”.

Qeyd edək ki, Əmrə Mor 1997-ci ildə Danimarkada anadan olub. Atası türk, anası makedoniyalıdır. Türkiyə A milli komandasına çağırılına qədər Danimarkanın “Nordsjaelland” klubunda çıxış edib. Bir neçə gün əvvəl isə Dortmund “Borussiya”sı ilə 5 illik müqavilə bağlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
937 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...