Bakının bəzi məktəblərində “Son zəng” bu gün keçirilib

Bakının bəzi məktəblərində “Son zəng” bu gün keçirilib


Bakıda keçiriləcək Formula-1 yarışı ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində "Son zəng" tədbirlərinin vaxtı dəyişdirilib. Bu, Təhsil Nazirliyinin razılığı ilə olub.

Bakı şəhəri üzrə Təhsil İdarəsi və Təshil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu gün “Son zəng” tədbiri Bakıdakı 160 nömrəli Klassik Gimnaziya, 6, 7 nömrəli tam orta məktəblər və 132-134 saylı təhsil kompleksində keçirilib.

Buna səbəb Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə bağlı iyunun 14-dən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinin tamamilə bağlanmasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
858 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...