Əmrullayev fu faktlara diqqət etsə yaxşı olar - Gəncə Dövlət Universitetində rektorun "balaca imperiyası"

Əmrullayev fu faktlara diqqət etsə yaxşı olar -

Gəncə Dövlət Universiteti haqqında yerli mediada xeyli iddialar yer alıb. Xüsusilə də bu təhsil ocağının rektoru ilə bağlı bir sıra ilginc faktlar ictimailəşsə də, qarşı tərəf susmağa üstünlük verir. Bu gün GUNDEMİNFO.AZ-ın elektron poçtuna daxil olan şikayət də Dövlət Başçısında və təhsil nazirinə ünvanlanıb.

GDU-dakı müəllimlər adından ünvanlanan müraciətdə rektora yaxınlığı ilə tanınan bir qrup adamın sürətlə varlanması, ali məktəb rəhbərinin özünə bahalı avtomobillər alması, lakin bütövlükdə müəllim kollektivinə qarşı ədalətsiz davrandığı iddia olunur.
GUNDEMİNFO.AZ-a daxil olan müraciətdə qeyd edilir ki, Gəncə Dövlət Universiteti həcmi 100 minlərlə ölçülən korrupsiya bataqlığına bənzəyir. GDU rektoru öz yaxın ətrafı ilə birgə əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək maliyyə və inzibati maxinasiyalara qorxmadan imza atırlar.

Respublikamızın ali məktəbləri arasında ən aşağı maaş Gəncə Dövlət Universitetindədir. Prezident fərman verib minimum əmək haqqını 300 manat edəndə Gəncədəki universitetlər maaşları 20-40 % artırdı. Tələbələrinin sayı GDU-dan qat-qat az olmağına baxmayaraq Azərbaycan Texnologiya Universiteti 14 sentyabr 2022-ci ildə Elmi Şuranın qərarı ilə maaşları yenidən 20 % artırdı. Amma bunların heç biri GDU-da baş vermədi. Minimum əmək haqqı 300 manat olsa da GDU-da tədris-köməkçi heyət hələ də 250-270 manat maaş alırlar. Bir ştat dosent vəzifəsini tutan şəxsin maaşı digər universitetlərə nisbətən GDU-da qat-qat aşağıdır. Saat hesabı ilə verilən dərslərə o qədər az pul verilir ki, müəllimlər bu dərsləri keçməkdən imtina edirlər.

Daha sonra əmək haqlarının azlığından şikayətlənən ərizəçilər yazır: "Universitetdə maaşları qaldırmağa pul tapmayan rektor xidməti maşın almaqda davam edir. GDU-da 8 xidməti maşın vardır. Rektorun köməkçisinə, 4 prorektora, rektorun müşavirinə, magistr təhsili olmayan, universitetin nəzdində yaradılmış İdman klubunun sədrinə belə xidməti maşın və sürücü ayırıblar. Rektorun özünün xidməti maşını olduğu halda (20 AA 082), bu günlərdə son model cip tipli 20 AA 530 nömrəli daha bir bahalı xidməti maşın aldı. Gəncədən qırağa gedəndə bunu özü sürür, maraqlıdır 70-dən çox yaşı var, amma rektor Yusif Yusibov boynuna və qollarına qızıl sep taxır. Universitetdə təhsil və elmlə bağlı layihələrə ayrılan vəsait İnnovasiya Departamentinin rəhbəri Vasif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, Keyfiyyətin Təminatı Mərkəzinin müdiri təyin olunmuş Elmar Vəliyevin yaxın qohumu,vaxtı ilə GDU-dan Elmar Vəliyevə donos ötürən İsmayıl İsmayılov və digərləri tərəfindən açıq-aşkar qəddarlıqla mənimsənilir. Bu şəxslərin “işbirliyi” nəticəsində təhsil və elmin tərəqqisinə istiqamətlənmiş proqramlardan, çoxsaylı təhsil layihələrindən də yalnız həmin adamlar və onlara yaxın olan bir neçə şəxslər faydalanır".

Təhsil və elmin inkişafına ayrılan çoxsaylı vəsaitlərdən universitet əməkdaşları qəti şəkildə yararlana bilmirlər. Ölkə xaricinə elmi ezamiyyələrə, nüfuzlu elmi layihələrə, toplantılara adları qeyd edilən şəxslərin özləri, yaxud yaxın ətrafı gedir, ayrılan pullar da məhz onlar tərəfindən sağa-sola xərclənir.

Universitetin bütün ağırlığını çiyinlərində daşıyan professor-müəllim heyəti 350-700 manat arasında maaş alır. Amma rektorun yaxın ətrafının, eləcə də heç bir elmi dərəcəsi olmayan əl-altılarının maaşı 2500 manat civarındadır. Həm də rektor Elmi Şurada müzakirə olunmadan, elmi şuranın qərarı ilə vaxtaşırı və xəlvəti olaraq bunların maaşlarını artırır. Məsələn, təzəlikcə Vasif Həsənovun maaşı 300 manat, Razim Əliyevin maaşı 400 manat, Sevinc Quliyevanın maaşı 300 manat, xidməti maşınların sürücülərinin maaşları 200 manat artırılıb. Maraqlıdır, elmi şurada müzakirə olunmadan elmi şura adından qərar verilərək hansı hüquqi əsaslarla maaş artırılır???
Ən maraqlısı odur ki, bu Asif-Vasif Həsənov qardaşları bütün nəsillikcə bacı, qardaş, xala, həyat yoldaşları GDU-da işləyir, bunlar erməni əsillidir, tez-tez layihə adı altında xarici ölkələrə, Fransaya gedir, erməni dayıları ilə görüşür. Görəsən rektor Yusif Yusibovda bu erməni sevgisi haradandır??? .

Vasif Həsənovun hansı elmi nailiyyəti var ki, xarici ölkələrdə bizi təmsil edir? Dəfələrlə Fransada onun erməni qohumları ilə görüşdüyü bütün universitet əməkdaşlarına məlumdur. Ötən illərdə GDU-da keçirilən beynəlxalq konfransda bu qardaşların konfransa gətirdiyi milliyyətcə erməni olan Fransalı qonaqlar da iştirak edirdi. ”İmperial” şadlıq sarayında keçirilən ziyafətdə zala türk iştirakçıların şərəfinə Türkiyənin bayraqları gətirildi və bu zaman həmin erməni əsilli qonaqlar etiraz əlaməti olaraq məclisi tərk etdilər. Ermənilər bizim xalqımıza hansı işgəncə və zülümləri verib, bu heç vaxt unudulmur. Yusif Yusibov isə erməni əsilli bu ailənin üzvlərini yüksək vəzifələrə təyin edir, bu şəxslərin dediyini qeyd şərtsiz qəbul edir, ştat cədvəlini pozaraq müstəsna hal kimi bu şəxslərə yüksək maaş təyin edir. Təsəvvür edin ki, professorun maaşı 1000 manatı keçmədiyi halda, heç bir elmi dərəcəsi olmayan Vasif Həsənova 2000 manatdan artıq maaş verilir. Çox maraqlıdır ki, rektor ömrünü bu tədris müəssisəsində çürüdən layiqli elm adamlarını yox, heç bir elmi nailiyyəti və dosent elmi adı belə olmayan Vasif Həsənovun adını Prezidentin fərmanına saldıra bilib. Həmin fərmanla Vasif Həsənov layiq olmadığı halda “Tərəqqi” medalı alıb.
Bu qardaşlar da öz növbəsində orta məktəbin orta sinif şagirdlərinin də bildiyi sadə kompüter texnologiyalarını rektora az qala özlərinin bir elmi yeniliyi kimi təqdim edərək onu heyrətləndirirlər. Rektorun da bu sahədə bilikləri çox məhdud olduğu üçün elə bilir ki, bu adamlar dahidir və GDU-da analoqu olmayan informasiya texnologiyaları yaradıblar. Hətta bir dəfə rektor elmi şurada dedi ki, təhsil nazirliyi bu Vasifi öz yanına aparsa, onda biz bir universitet kimi batdıq.Vasif Həsənovun atasının yas mərasimində rektor ağlamsına-ağlamsına dedi ki, kaş Vasifin bacısının işə qəbul əmrini bir neçə gün bundan qabaq verəydim.Yazıq kişi qızın işə qəbul əmrini görməmiş öldü.Yazıq........ Hələ də bu GDU-da istehza ilə xatırlanır. Bu qardaşlar isə öz aralarında rektor Yusif Yusibovu Ağasif adlandırırlar. Asif- Vasif- Ağasif....

Digər tərəfdən erməni əsilli bu qardaşlar bir neçə il bundan qabaq Məmməd Əmin Rəsulzadəni söyən deputat Naqif Həmzəyevin qayınlarıdır.

Bir neçə gün bundan qabaq YAP-ın 30 illiyi ilə bağlı universitetdə tədbir keçirildi. Bu tədbirdə universitetin YAP təşkilatında xüsusi əməyi olan əməkdaşlar yubiley münasibəti ilə təltif olunmalı idi. Yeni Azərbaycan Partiyasında böyük xidmətləri olan, hələ o vaxt Ulu Öndər Naxçıvanda olan zaman onun görüşünə getmiş Coğrafiya kafedrasının müəllimi Arifə Əhmədova bu yubileydə nəinki təltif olunmur, hətta yubiley tədbirinə belə çağırılmır. Amma onun əvəzində bu partiyada heç bir xidməti olmayan şəxslər, o çümlədən Vasif Həsənov fəxri fərmanla təltif olunur. Daha bir maraqlı fakt ondan ibarətdir ki, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun və qardaşı Cavanşir Yusibovun Fransada dəyəri 17 milyon olan obyektləri var. Bu konyak biznesi ilə bağlıdır. Bu işləri idarə etmək üçün tez-tez Vasif Həsənov layihə adı altında Fransaya gedib gəlir.

Həm Gəncə şəhərində, həm Bakıda, həm Samuxda, həm də Tovuz rayonunda Yusif Yusibova, eləcə də prorektor Şahin Xurşudova məxsus obyektlərin sayı onlarladır.
Gəncə Dövlət Universitetində lazımsız xeyli şöbələr yaradılıb.
1. İnnovasiya texnologiyalarının transferi şöbəsi
2. İnnovasiya texnologiyalarının marketinqi şöbəsi
3. Strateji təhlil, qiymətləndirmə və monitorinq şöbəsi
4. İnformasiya resurslarının formalaşması şöbəsi
5. Layihələrin idarə edilməsi şöbəsi  
6. Əqli mülkiyyət şöbəsi
7. İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsi
8. Beynəlxalq əlaqələr və nəşriyyat şöbəsi
9. Keyfiyyətin təminatı mərkəzi və s.

Bu qədər lazımzız şöbələri birləşdirib bir və ya iki şöbə ilə əvəz etmək olar. Hər şöbənin də 5-6 nəfər işçisi var, bunlar da özlərinə aid olmayan işlərlə, məsələn tələbələrin, işçilərin davamiyyətini yoxlamaqla məşğuldur. Halbuki, bu məsələ kafedra müdirinin, dekanlığın, tyutorların səlahiyyətləridir.

Hal-hazırda universitetdə rektorun 04.05.2022-ci il tarixli 5/155 saylı əmri əsasında tədris-köməkçi heyətinin attestasiyası keçirilir. Maraqlıır, qida sənayesindən müdafiə edən Şahin Xurşudov, eləcə də tarix müəllimi İsmayıl İsmayılov tədris-köməkçi heyətindən kompüter texnologiyalarından imtahan götürür.

Dekan seçkiləri haqqında təlimata görə eyni bir şəxs eyni təhsil müəssisində iki dəfədən artıq dekan seçilə bilməz. Lakin rektor 30000 manat qarşılığında İsfəndiyar Alverdiyevi və Əjdər Əsgərovu 3-cü dəfə qeyri qanuni olaraq dekan seçib. Məsim Abadov adlı şəxs isə İqtisadiyyat və idarəetmə fakültəsinə dekan seçilib, bu şəxs bilogiya elmləri namizədidir, qida məhsullarının texnologiyası üzrə mütəxəssisdir, iqtisadiyyatla bağlılığı yoxdur. Dekan seçilməsinə səbəb 30000 manat rüşvət verməsi və 20 faizlə işləməyə razılıq verməsidir.

İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov özü "İnformatika" kafedrasının müəllimidir, amma bu günə kimi bir saat belə dərs keçməyib. Onun dərs keçməli olduğu qrupları başqa müəllimlərin qrupuna birləşdirib dərs keçirlər. Bu adamın elmi əsərləri olmasa belə rektor onu dosent keçirmək istəyir. Bu şəxs bütün tədris ili boyunca layihə adı altında Fransada, Ruminiyada, Hollandiyada və s. gəzir.

Vasif Həsənov bu günlərdə öz adından "İnformatikanın əsasları və informasiya texnologiyaları" adlı dərs vəsaiti yazdırıb. Bu dərs vəsaiti Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mətləb Nuruş oğlu Əlizadə tərəfindən yazılıb. Bu kitabın bir sətirindən belə bu elm oğrusunun xəbəri yoxdur. Vasifin xalası Gülmirə Verdiyeva kafedra əməkdaşlarını hal-hazırki kafedra müdiri İlqar Cabbarovun üstünə qaldırır, müəllimlər dərslərə girməkdən imtina edir. Səbəb kafedranı parçaladıb, kafedra müdiri seçilmək istəyidir və bu işdə bacısı oğlu Vasif Həsənov ona köməklik edir. Gülmirə Verdiyeva da öz adına həmin Mətləb Nuruş oğlu Əlizadəyə "Kompüter qrafikası" adlı dərs vəsaiti yazdırıb. Bu dərs vəsaitinin bir cümləsindən belə onun xəbəri yoxdur.

Məlumdur ki, cəmiyyətin və ölkənin inkişafı təhsil və səhiyyə sistemindən daha çox asılıdır. Ancaq Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlar ölkədəki təhsilin səviyyəsinin əsas göstəriciləridir. Bir mənalı şəkildə deyə bilərik ki, Gəncə Dövlət Universiteti təhsil müəssisəsi kimi deyil, Yusif Yusibovun kommersiya strukturu kimi fəaliyyət göstərir. Gəncə Dövlət Universitetində nə konstitusiya, nə də təhsil qanunu işləmir. 2014-cü ildən universitetə möhürü oğurlayıb, sabiq rektoru universitetə buraxmayan və qeyri-qanuni yolla rektor keçən Yusif Yusibovun fəaliyyəti nəticəsində böyük tarixi keçmişi olan universitet texniki peşə məktəbi səviyyəsinə düşmüşdür. Bu faktların doğruluğunu təhsil nazirliyi, ictimaiyyət və jurnalistlərin iştirakı ilə universitetdə yoxlama aparmaqla təsdiq etmək olar. 2014-cü ildən bu günə kimi universitetə müəllim kimi qəbul olunmuş işçilərin və maliyyə sənədlərinin yoxlanılması kifayət edər.

Təhsil Nazirliyinin fəaliyyətsizliyinin nəticəsidir ki, universitet bu vəziyyətə düşmüşdür. Rektorun özbaşınalığı, qanunlara əməl etməməsinin nəticəsində böyük bir kollektiv olmazın əzab və əziyyət çəkir. Rektor Yusif Yusibov universiteti Roma imperatoru Yuli Sezar kimi idarə edir.

Universitetdə semestr imtahanları Vasif Həsənovun rəhbərliyi ilə test üsulu ilə keçirilir. Buradakı maxinasiyalara elə həmin Vasif Həsənov nəzarət edir. Test imtahanları tələbələrin elmi bilik qazanmasına böyük maneəçiliklər yaradır, belə ki, fundamental elmlər sahəsində bir tələbə tapmaq mümkün deyildir ki, kimyadan, fizikadan, riyaziyyatdan bir düsturu yazıb,onu isbat edə bilsin.

2014-cü ildən bu günə kimi universitetin maliyyə sənədləri qanuni olaraq yoxlanılsa külli miqdarda vəsaitin talan edildiyini görmək olar. Ancaq Yusif Yusibovun Maliyyə Nazirliyində işləyən qardaşı hələ ki, buna imkan vermir. Yusif Yusibov rektor təyin olunanda kollektiv sevindi ki, qardaşı vasitəsilə Universitetin inkişaf etdirilməsinə çalışacaq, ancaq əfsuslar olsun ki, bu qardaşlar universitetin büdcəsini talan etdilər. Şəhərdə saysız-hesabsız obyektləri, mənzilləri bəs etmir, indi də Avtozavod qəsəbəsində özünə dəbdəbəli villa tikdirir. (Video əlavə olunur).
https://www.youtube.com/shorts/tnFGARNlQzo

Bunun nəticəsidir ki, universitetdə əmək haqqı bütün universitetlərdən aşağıdır, hətta saat hesabı ilə verilən pul da ölkə universitetləri içərisində ən aşağı həddədir.

Universitetdə müəllimlərin və laborantların əmək haqqları hal-hazırda aşağıdakı kimidir:
Tədris-köməkçi heyət 240-270 manat
Müəllim staja görə 350-400 manat
Fəlsəfə doktoru, dosent 710 manat və s.

Bir vaxtlar elmi şuralarda rektor qeyd edirdi ki, beşinci korpusun təmiri başa çatdıqdan sonra əmək haqları artırılacaq. Ancaq bunlar söz olaraq qaldı. Bircə faktı rektorun nəzərinə çatdırırıq ki, Yusif Yusibov professor-müəllim heyəti kimi bazara gedib bazarlıq etsə, onda yəqin xəcalət çəkər ki, nə üçün əmək haqlarını bu vəziyyətdə saxlayıram.

Rektorun nəzərinə çatdırmaq istəyirik ki, 1 kq duru yağ 2 manat 40 qəpikdən 8 manata qalxıb, normal kərə yağı 20-25 manata, ət 15-18 manata və s. satılır. Əgər bura kommunal xərcləri də əlavə etsək onda məlum olar ki, əməkdaşlar necə dolanır. Cənab rektor, universitetin büdcəsini şişirdilmiş qiymətlərlə keyfiyyətsiz təmir, avadanlıq, xidməti maşın və s. kimi yerlərə dağıtmaqdansa, öz dəstənin əmək haqlarını 1800- 3000 manata qaldırdığın kimi, yerdə qalan əməkdaşların da əmək haqqını artırmağı düşünməlisən.

Universitetdə təsərrüfat işçilərinin sayı 300 nəfərdən artıqdır, doğrudan da bu universitetə lazımdırmı??? Hər il keyfiyyətsiz təmirlərə külli miqdarda vəsait ayırılır, bu vəsait isə rəhbərlik tərəfindən mənimsənilir. Amma təmiri də dekanlardan pul yığıb onlara etdirirlər. Alt qruplara görə tələbələrin ödədiyi pullar hara gedir, məlum deyil. Universitetə alınan kompüter, nootbuklar və digər avadanlıqlar bərbad səviyyədədir. Belə ki, sənədlərdə yüksək texniki göstəricilərə malik bahalı avadanlıqlar alındığı göstərilsə də, pul silmək xatirinə, əslində ən ucuz, texniki göstəriciləri ən aşağı olan keyfiyyətsiz avadanlıqlar alınır.

Daha bir maraqlı hadisə isə Gəncə Dövlət Universitetinin tələbə yataqxanasında baş verir. Tələbə yataqxanasında böyük tələbə yeməkxanası var. Bu yeməkxananı rektorun köməkçisi Elsevər Nağıyev və Tələbə Həmkarlar Təşkilatının Sədri Pərviz Adıgözəlov işlədir. Elsevər Nağıyevin anası bu yeməkxanada baş aşpaz, qayınatası isə tələbə yataqxanasında pasport stol vəzifəsində işləyir. Yeməkxanada bunların alveri getsin deyə, hər həftənin şənbə günü rektor öz yaxın ətrafını və yataqxanada qalan 200 nəfərədək tələbəni yeməkxanaya gətirir. Burada hər cür yemək və hətta "Bizon" tipli energetik içkilər paylanılır. Bunların pulunu isə hər dəfə bir dekana ödətdirirlər. Məqsəd aydındır, pulu kim ödəyir ödəsin,təki alver getsin.

Deyiləsi faktlar çoxdur. Ancaq bunlardan bəzilərini Sizin diqqətinizə çatdırmaq istəyirik:
1. Universitet əməkdaşlarının əmək haqqı artırılsın.
2. Universitetdə tədrisin keyfiyyəti qaldırılsın
3. Universitetdə tələbə və müəllimlər üçün lazımi şəraitlər yaradılsın
4. Başqa universitetlərdə olduğu kimi 600-dən yuxarı bal toplayan tələbələrə əlavə təqaüdlər verilsin.
5. Tələbələrin yeni dərs vəsaitləri ilə təmin olunması üçün əlavə vəsait ayrılsın və lazımi dərsliklər alınsın.
6. Universitetin büdcəsinin lazımsız yerlərə xərclənməsinə, layihə adı altında talan edilməsinə son qoyulsun.
8. Universitetin texniki işçilərinin, laborantlarının maaşlarını elə etmək lazımdır ki, heç olmasa onların maaşları 300 manatdan yuxarı olsun.

Biz universitet əməkdaşları, 1-ci növbədə təhsil nazirinə və aidiyyəti dövlət orqanlarına müraciət edərək, Gəncə Dövlət Universitetindəki özbaşınalıqlara, qanunsuzluqlara son qoyulmağını tələb edirik.Tələb edirik ki, Universitetin maliyyə sənədləri qanuni şəkildə yoxlanılsın, universitetin əməkdaşlarının pozulmuş hüquqları bərpa olunsun.

Universitetin professor-müəllim heyəti dəfələrlə müxtəlif orqanlara müraciət etmişdir. Lakin bu barədə heç bir tədbir görülməyib, çünki bütün şikayətlər rektorun Maliyyə Nazirliyinin Aparat rəhbəri olan qardaşı Cavanşir Yusibov tərəfindən ört-basdır edilir. Rektor Yusif Yusibov isə "Yaşasın Cənab Prezident" deyə-deyə Prezidentin verdiyi tapşırıqlara əməl etmir, öz şəxsi məqsədləri üçün qardaşı ilə birgə universiteti talan edir.

Əgər dövlət orqanları bu məsələni araşdırıb, ölçü götürməsələr, onda biz beynəlxalq qurumlara müraciət etməyi düşünürük.

GUNDEMİNFO.AZ olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...