Babək Səmidlinin səs yazısını Fərhad Əhmədov yayıb? - DTX əməliyyatının ilginc səbəbi

Babək Səmidlinin səs yazısını Fərhad Əhmədov yayıb? -
Fərhad Əhmədovla Babək Səmidlinin hər ikisi Göyçay rayonundadır və ikisi arasında dostluq münasibətlərinin olması deyilir...

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədovun evində və obyektlərində axtarışlar aparılması barədə məlumat yayılıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, Fərhad Əhmədovun evində və obyektlərində axtarış aparılmasının səbəbi şəhid polkovnik Babək Səmidlinin səs yazısının yayılması ilə bağlı ola bilər.

Belə ki, Fərhad Əhmədov 44 günlük Vətən müharibəsi zamanı Birinci Ordu Korpusu istiqamətində orduya yardımlar edib. Fərhad Əhmədovla Babək Səmidlinin hər ikisi Göyçay rayonundadır və ikisi arasında dostluq münasibətlərinin olması deyilir.

Müharibə bitər-bitməz Fərhad Əhmədovla Babək Səmidlinin maşında gedərkən söhbət etdikləri və bu zaman da milyarderin onun səsini yazdığı düşünülür. Babək Səmidli 23 noyabr 2020-ci il tarixində minaya düşərək şəhid olmasından bir neçə gün sonra, təxminən dekabr ayının 17-18-də məlum səs yazısı sosial şəbəkədə yayılmışdı. Əldə etdiyimiz məlumata görə, şəhid ailəsinin xahişi ilə həmin səs yazısı saatlar sonra sosial şəbəkədən silinmişdi.

Həmin səs yazısının orjinalında danışan şəxsin Fərhad Əhmədov olması aydın bilinir. Onu da qeyd etmək lazımdır ki, Fərhad Əhmədovla Babək Səmidlinin Suqovuşanda, gölün kənarında video görüntüləri də internet resuslarında mövcuddur.

Səs yazısının Rusiya ilə Azərbaycan arasında gərginlik yaranan zaman yayılması xeyli suallar yaradır.

Fərhad Əhmədovun Babək Səmidlinin səsini yazmaqda iki səbəbi ola bilər. Birinci versiya, yuxarı orqanlara ordunun içərisindəki problemləri çatdırmaq, neqativləri aradan qaldırmaqdır. Dolayısı ilə canıyananlıqdır. İkincisi versiya isə, milyarder gələcəkdə şəxsi maraqları üçün də bu səs yazısını şantaj kimi də istifadə edə bilərdi.

İddia olunur ki, məhz hansı səbəbdən səs yazısını yazması və həssas dönəmdə yayılmasını araşdırmaq üçün DTX Fərhad Əhmədovun evində və obyektlərində axtarışlar aparır. (yenicag.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...