64 milyon manatlıq tenderlər qazanan «diribaş» şirkət NÖVBƏTİ «TENDER ÇEMPİONU» - SİYAHI, MƏBLƏĞLƏR

64 milyon manatlıq tenderlər qazanan «diribaş» şirkət NÖVBƏTİ «TENDER ÇEMPİONU» -
Azərbaycanda dövlət satınalmaları sahəsində daha bir «tender çempionu» aşkar edilib.

GUNDEMİNFO.AZ FED.az-a istinadla xəbər verir ki, bu - “Protean Construction” ASC-dir (VÖEN: 9900062801).

Sözügedən şirkət dövlət satınalmalarında 3 ildir ki, iştirak edir və bu dövrdə qalib gəldiyi 10 tenderlə 64,3 milyon manatlıq sifariş əldə etməyi bacarıb.

Xatırladaq ki, “Protean Construction” ASC 20 ilin şirkətidir, 7 yanvar 2001-ci ildə yaradılıb, reyestrdə sonuncu dəfə 2020-ci ilin 17 iyulunda çıxarış alınıb. Şirkətin hüquqi ünvanı AZ1026, Bakı Şəhəri Xətai Rayonu, Kazımağa Kərimov, ev 236-da yerləşir. Nizamnamə kapitalı 160 672 manat, Qanuni təmsilçisi isə Təhməzov Məhəmməd Ağca oğludur.

2019-cu ildə “Protean Construction” ASC «Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyi ilə işləyib – bu qurumdan ümumi məbləği 5,8 milyon manat olan 2 tenler qazanıb. 2021-ci ildən «Azərsu» ilə əlaqələr qurulub və şirkət ölkənin su xidmətləri operatorundan mütəmadi olaraq iri tenderlər udmağa başlayıb.

2021-ci və hələ başa çatmayan 2022-ci illər ərzində “Protean Construction” ASC «Azərsu» ASC-dən ümumilikdə 58,5 milyon manatlıq tenderlər qazanıb. “Protean Construction” ASC iri tenderlərlə işləyir, indiyədək onun ən kiçik tenderi 800 min manat olub, daha sonra isə bütün tenderlər milyonluq məbləğlə ölçülüb. Ən böyük tender də «Azərsu»dan udulub – 13,1 milyon manat.


64 milyon manatlıq tenderlər qazanan «diribaş» şirkət NÖVBƏTİ «TENDER ÇEMPİONU» -
64 milyon manatlıq tenderlər qazanan «diribaş» şirkət NÖVBƏTİ «TENDER ÇEMPİONU» -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...