Salyanın icra başçısından anaya: “Şəhid olmayıb, torpaq niyə verək?” – VİDEO

Salyanın icra başçısından anaya:

İki oğlu Vətən müharibəsində iştirak etmiş Salyan sakini Sevda Əliyeva rayon icra başçısı Sevindik Hətəmovun verdiyi sözü tutmadığını iddia edir.

GUNDEMİNFO.AZ gundemxeber-e istinadən xəbər verir ki, müharibə dövründə əsgər anası mənzil şəraitinin acınacaqlı vəziyyətdə olması barədə məlumat paylaşıb. Bundan xəbər tutan bloger Elçin Ləmbəranski onun problemini işıqlandırıb, ardınca Salyanın icra başçısı ilə görüş olub.
S.Hətəmov iki qazi anasına kömək olunacağına vəd verib. İcra başçısı deyib ki, iki sot torpaq, daş, qum, sementlə təmin edəcək. İcra başçısı S. Əliyeva ilə də görüşündə ona dəstək olacağını bir daha qeyd edib.
Hətta ananı iki sot torpaq olan əraziyə gətiriblər, baxış keçirilib və İH əməkdaşları bildiriblər ki, kömək ediləcək. Sonra başçı anaya deyib ki, nə qazidirlər, nə şəhiddirlər, heç nə verilməyəcək.
Amma S. Əliyeva deyir ki, ona nə torpaq verilib, nə tikinti materialları. O, başçını gördükdə problemi xatırladıb, Hətəmov isə onu tanımadığını bildirərək verdiyi sözdən boyun qaçırıb.
İndi iki müharibə iştirakçısının anası müraciətində xahiş edir ki, ona yardım olunsun, icra başçısı verdiyi sözə əməl etsin.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...