Səfər Mehdiyev üçün çalınan əcəl zəngi – Gömrük Komitəsinin ləğvi gündəmdə…

Səfər Mehdiyev üçün çalınan əcəl zəngi –
Son zamanlar Dövlət Gömrük Komitəsinin ətrafında baş verənlər cəmiyyətin maraq mövzusuna çevrilib.

Son bir neçə gün ərzində komitə sədri Səfər Mehdiyevin ən yaxın ətrafının həbsi, prosesin onun özünün “vurulmasına” yönəldiyini göstərir.

Gömrük Komitəsi ətrafında baş verənlərlə bağlı Gununsesi.info –ya bir sıra maraqlı məlumatlar daxil olub.

Kifayyət qədər məlumatlı mənbənin açıqlamasına görə, hər şey son iki il dönəmində hökumətdə struktur islahatı adı ilə bəzi nazirliklərin, komitələrin və digər qurumların ləğv olunaraq, İqtisadiyyat NAzirliyinə birləşdirilməsi prosesindən başlayıb.

Bu prosesdə onlarla dövlət sturkturlarını özünün tabeçiliyinə birləşdirən iqtisadiyyat naziri Mikayıl Cabbarov Gömrük Komitəsinin ləğvinə də nail olmaq istəyib.

Belə ki, Gömrük Komitəsinin ləğv edilərək, Dövlət Vergi Xidməti ilə birləşdirilməsi ideyasını işləyən Mikayıl Cabbarov bu prosesdə böyük dirənişlə qarşılaşıb.

Son zamanlar gömrük əməkdaşlarının vətəndaşlara qarşı az qala soyğunçuluq əməlləri də təsadüf olmayıb.

Belə ki, komitə sədri Səfər Mehdiyev büdcə qarşısındakı gömrük rüsumu öhdəliklərinin 100 faizdən artıq olmasına çalışıb və buna da nail olub.

Təkcə bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsi qarşısında öhdəliyinə 126,3% əməl edib. Büdcəyə 820,8 milyon manat vəsait köçürülüb ki, bu da proqnozdan 170,8 milyon manat çoxdur.

Səfər Mehdiyev minlərlə vətəndaşın narazılığı hesabına bu vəsaiti toplamaqla, görünür, vəziyyətin dəyişəcəyinə ümid edib.

Ancaq göründüyü kimi bu dəfə mübarizə fərqli müstəviyə keçib. Yaxın çevrəsinin həbs olunmasına baxmayaraq, sonuncu kollegiyada Səfər Mehdiyev “Bizə qarşı səfərbər olublar, amma bu, fayda verməyəcək” deyərək, “Ehtiram (Hazırda həbsdə Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilovu nəzərdə tutur -red) və digər dostlarımız da azadlığa çıxacaq” əlavəsini edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...