Dövlət Agentliyindən deputatın oğlunun hansı qaydalarla tenderin qalibi olmasını AÇIQLADI
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dünən saytımızda yayımlanan (http://old.gundeminfo.az/karusel/84302-feyziyevin-27-yashli-oglu-12-milyonluq-tenderi-qazandi.html) YAZIYA mövqe bildirib. Gundeminfo.az-a göndərilən açıqlama tenderlə bağlı açıqlama yer alıb. Dövlət Agentliyinin təqdim etdiyi açıqlamada tenderin necə keçirilməsi və hansı şəraitdə keçirilməsinə dair detallar yer alıb. Onu da əlavə edək ki, qeyd edilən yazıda millət vəkili Cavanşir Feyziyevin oğlunun tenderin qalibi olmasına dair heç bir iddia və şübhə ifadə edilməyib. Buna baxmayaraq Dövlət Agentliyi nədənsə təkrar olaraq tenderlə bağlı arayış verməyi vacib bilib.
Gundeminfo.az olaraq həmin açıqlamanı təqdim edirik:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki 230 tibb müəssisəsinin dərman, tibbi sərfiyyat, laboratoriya malları, avadanlıq və cihazlara olan ehtiyacı müəyyənləşdirilmişdir. Həmin tibb müəssisələrini sözügedən vasitələrlə təmin etmək və onların düzgün şəraitdə saxlanılmasını təşkil etmək məqsədilə müvafiq məkanın seçilməsi zərurəti yarandığından Agentlik 07.07.2021-ci il tarixində etender.gov.az saytında “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” üzrə təkliflər sorğusu üsulu ilə satın alınmaya dair elan yerləşdirmişdir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) əsasən tenderin həyata keçirilməsi məqsədi ilə tender komissiyası yaradılmış və tenderin aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili təmin edilmişdir.
Komissiya tərəfindən tenderdə təkliflər sorğusunun formal tələblərini tam təmin edən və ehtimal olunan qiymətdən aşağı qiymət təklifi verən fiziki şəxs Orxan Cavanşir “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi elan edilmişdir. Məlumat üçün bildirək ki, 4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12 553,3 kv. km olan ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir.
620 dəfə oxundu