Feyziyevin 27 yaşlı oğlu 1.2 milyonluq tenderi qazandı

Feyziyevin 27 yaşlı oğlu 1.2 milyonluq tenderi qazandı
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşir (VÖEN – 1404799542) olub.

Yeniavaz.com xəbər verir ki, fərdi sahibkar Cavanşir Orxan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə ofis və anbar kompleksi icarəyə verəcək.

Qeyd olunan ofis və anbar kompleksinin icarəsi üçün “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Cavanşir Orxana 1 milyon 176 min manat ödəyəcək.

Məlumat üçün bildirək ki, 1994-cü il təvəllüdlü Cavanşir Orxan Cavanşir millət vəkili Cavanşir Feyziyevin oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...