Vaqif Mustafayevdən prezidentə şikayət olundu... - "Guya Hollivuddan çoxlu aktyorlar dəvət ediblərmiş..."

Vaqif Mustafayevdən prezidentə şikayət olundu... -

Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən. korpus 93, ev 71-də yaşayan Ağayev Vüqar Böyükağa oğlu tərəfindən prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Yazıb bildirirəm ki, mən, 2018-ci ilin aprelin 20-dən etibarən Space TV-də mühafizə xidmətində rəsmi işə başlamış və bu ilin aprelin 8-də işimdən ayrılmağa məcbur oldum.Çünki aylarla maaşlarımızın verilməməsi, qəsdən ləngidilməsi idi.Aylıq maaşım 400 manat idi.2018-ci ilin dekabrın 1-dən aprelin 8-dək olan maaşımı, cəmi 1701 manat pulumu müxtəlif bəhanələrlə vermədilər.

Səbəblərdən biri də bunu göstərdilər ki, Space TV-nin büdcəsində pul yoxdur.Amma görürdük ki, reklamlardan kifayət qədər gəlir əldə edirlər. Digər bəhanələri də bu idi ki, Space TV kinofilmlər çəkməklə məşğuldur və bütün pullar bu istiqamətdə xərclənir. O zaman dövlət büdcəsindən ayrılan 3 milyon manat necə oldu? Guya Hollivuddan çoxlu aktyorlar dəvət ediblərmiş, pul çatdıra bilmirlər. Pulun ödənilməsi üçün Space TV-nin icraçı direktoru Kamil müəllimə dəflərlə müraciət edirdik. Hər dəfə də bəhanələrlə 3-5 günə verərik vədi veridi. Şəxsən mənə də bildirdi ki, gözlə sənin maaşının hamısını verərik. Amma nə fayda. Bizim şirkət, yəni, P.S.S şirkəti rəhbərliyi də çox çalışsalar da onları da süründürməçiliyə salırdılar. Son ayda isə iqtisadi vəziyyətimiz pisləşdiyi üçün işə gedib gəlməyə yol pulu tapa bilmədik və məcbur olub 6 nəfərimiz işdən çıxdıq. Cənab Prezident! Space TV biz 13 mühafizə işçisinin pulunu verməməklə bizi qəsdən pis vəziyyətə salırlar. Ona görə də Space TV rəhbərliyində olan arxayınçılığı nəzərə alaraq yalnız Sizdən xahiş edirk ki, mənə çatası 1701 manat pulun hesablanıb verilməsinə köməklik göstərəsiniz. Ki, Space TV tərəfindən maaşımızın ödənilməsi dərhal icra olunsun".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...