Nuriyevlərin Sabirabadda seçki sabotajı – Zakir Quliyev bundan sonra da qoyunlarını otaracaq

Nuriyevlərin Sabirabadda seçki sabotajı –

Yanvarın 29-da ölkə üzrə bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilər yerli özünüidarəetmə baxımından vacib seçki hesab edilir.
Lakin bəzi rayonlarda çete halında büdcə təşkilatlarında kök salmış şəxslər seçkiləri sanki evlərindəki toy-nişan kimi təşkil edib indidən sonucunu da müəyyən ediblər.

Gundeminfo.az-a daxil olan məlumata görə Sabirabad rayonunda ən böyük kəndlərdən biri olan Cavad Bələdiyyəsi üzrə seçkilər də bir qrup məmurun maraqları üçün artıq formalaşdırılıb.

Cavad Bələdiyyəsi üzrə qeydə alınan namizədlərin sayı 21 nəfərdir. Bələdiyyə üzrə seçiləcək üzvlər isə 11 nəfər olacaq. Dörd kəndi, Cavad, Həsənli, Əlicanlı və Zəngənə kəndlərini əhatə edən bu bələdiyyə ərazisində xeyli sayda məmurun böyük fermaları, torpaq sahələri və obyektləri var.
Bu baxımdan da Cavad Bələdiyyəsi ilə bağlı “şəxsi dükan” prinsipləri işləyir.
Nuriyevlərin Sabirabadda seçki sabotajı –


Gundeminfo.az xəbər verir ki, Cavad Bələdiyyəsi Kür və Araz Çaylarında Bəndlərin Mühafizəsi İdarəsinin rəisi Elman Nuriyevin Kurasiyasındadır. Elman Nuriyev uzun illər Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin sədrinin müavini olmuş Zakir Quliyevin bibisioğludur.

Nuriyevlərin Sabirabadda seçki sabotajı –

Zakir Quliyev hazırda Regional Su Meliorasiya Xidmətinin rəisidir. Yəni bu o deməkdir ki, Zakir Quliyev Mərkəzi Arandakı qoyun sürülərini saxlamağa davam edəcək. Torpaqlarını əkəcək və əlbəttə ki, Sabirabadda hakimi-mütləq olaraq nifuzunu qoruyacaq.

Z.Quliyevin yaxın qohumları Sabirabadda yüksək vəzifə tutmaqla yanaşı həm də daha böyük hədəflərə çatmaq istəyirlər.

Məsələn Cavad Bələdiyyəsi üzrə uzun illər bələdiyyə sədri olan Ağahəsən Rüstəmliyə də "sürpriz" hazırlayıblar.

Nuriyevlərin Sabirabadda seçki sabotajı –

Elman Nuriyevin qardaşı oğlu Nahid Nuriyev bələdiyyə üzvlüyünə namizəddir. Nahid Nuriyev əslində kənddə Qoçu kimi tanınır. Bəli babasının adın daşıyır. Qoçu Kür və Araz Çaylarında Bəndlərin Mühafizə İdarəsinin rəisi Elman Nuriyevin sevimli kadrıdır. Çünki uzun illər elə bu idarədə yüksək vəzifələrdə “çalışıb”. Yəni əmək haqqı kartları cibində olub.
Niyə “əmək haqqı kartları”? Bəli Qoçu (Nahid) Nuriyev krallar kimi həyat yaşayıb. Kəndin qaziləri, şəhid ailələri işsizlikdən məmurların qapısında yalvaranda Qoçu öz bahalı avtomobilləri ilə kənddə qoçuluq edirdi. Zəngin məmur ailəsi olaraq...

Nuriyevlərin Sabirabadda seçki sabotajı –

Qoçu (Nahid) Nuriyevin atası Nuriyev Saleh Qoçu oğlu da yetərincə biznes “uğurları” qazanıb.
Məsələn elə Cavad kındində Kür çayının mühafizə zolağında yerləşən böyük bir ərazini zəbt edib özünə restoran, kafelər, avtotəmir sexləri yaradıb. Amma onun “uğurlu” biznesi bununla da bitməyib.

Saleh Nuriyevin "uğurlu biznesi" fotolarda

Nuriyevlərin Sabirabadda seçki sabotajı –
Nuriyevlərin Sabirabadda seçki sabotajı –

Bu barədə detallı olaraq məlumatları təqdim edəcəyik.

İndi isə qayıdaq yanvarın 29-da Cavad Bələdiyyəsi üzrə keçiriləcək seçkilərə. Bu seçkilər böyük ehtimalla Elman Nuriyevin Sabirabad Rayon Yeni Azərbaycan Partiyasının sədrinin müavini olaraq nəzarətində keçəcək.

Çünki qardaşıoğlu Nihad (Qoçu) Nuriyev hər yerdə “nə seçki, sədr özüm olacam” deyir.
Redaksiyamıza Cavad kəndindən olan Birinci və İkinci Vətən Müharibəsinin iştirakçıları tərəfindən Ali Baş Komandan Cənab İlham Əliyevə ünvanlanmış müraciət daxil olub. Bələdiyyə ərazisində yaşayan elm adamları, Qarabağ qaziləri, veteranları seçkilərin şəffaf keçirilməsiinin təmin edilməsi üçün Ali Baş Komandana müraciət ediblər. Onlar böyük bir bələdiyyənin (700 hektara yaxın torpaq sahəsi, 500 iaşə obyektinin olduğu ) ərazisində seçkilərin demokratik keçirilməsi üçün müraciət ediblər.

Ardı var....
İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
207 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...