Gələn ay AMEA-nın ümumi yığıncağı keçiriləcək
Gələn ay Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə akademiyanın Rəyasət Heyətinin növbəti iclasında məlumat verilib.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında 2024-cü ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların, həmçinin AMEA-da həyata keçirilən genişmiqyaslı islahatların növbəti mərhələlərinin müzakirəsini təmin etmək, digər nazirlik və dövlət qurumlarının tabeliyində olan elmi və ali təhsil müəssisələrində əldə edilmiş mühüm elmi nəticələrə dair müzakirələrin həyata keçirilməsi məqsədilə Akademiyanın bütün üzvlərini özündə birləşdirən AMEA-nın Ümumi Yığıncağının keçirilməsi zərurəti yaranıb.
İclasda AMEA-nın ümumi yığıncağının fevralın 21-də keçirilməsi qərara alınıb və yığıncağın gündəliyi təsdiqlənib.
Rəyasət Heyətinin iclasında müzakirə olunan daha bir məsələ Akademiyanın 80 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər haqqında olub.
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinin tamam olduğunu qeyd edən akademik İsa Həbibbəyli Rəyasət Heyətinin müvafiq qərarına əsasən, AMEA-nın yubileyinin keçirilməsi ilə geniş Tədbirlər planı təsdiq edilib.
74 dəfə oxundu