“Premium Bank”ın faiz gəlirləri azalıb, 49 milyon manat depozit geri çəkilib

Ötən il “Premium Bank”ın faiz gəlirləri 0.03% azalaraq 31 milyon 775 min manat, faiz xərcləri isə 5.1% artaraq 11 milyon 240 min manat təşkil edib.
İqtisadiyyat.az xəbər verir ki, bu, bankın 2024-cü il üzrə maliyyə hesabatında öz əksini tapıb.

Bu dövrdə bankın qeyri-faiz gəlirləri 17 milyon 413 min manat ( illik müqayisədə 2.4% az ), qeyri-faiz xərcləri isə 26 milyon 739 min manata ( illik müqayisədə 15% az) bərabər olub.

Ötən il bankın aktivləri 6.5% və ya 44.2 milyon manat azalaraq 640 milyon 892 min manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1.1% və ya 5.2 milyon manat azalaraq 466 milyon 649 manata enib.

Bu dövrdə “Premium Bank”ın cəmi öhdəlikləri 463 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8.8% və ya 44.8 milyon manat azdır.

Hesabat dövründə “Premium Bank”dan 49 milyon manat depozit geri çəkilib. Belə ki, ötən il bankın depozit portfeli 11.5% və ya 49 milyon manat azalaraq 377 milyon 761 min manata enib. Fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə 11.7% və ya 38.8 milyon manat azalaraq 292 milyon 55 min manat, hüquqi şəxslərin depozitləri isə 10.6% və ya 10.2 milyon manat azalaraq 85 milyon 706 min manat təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...