Bayden Putinlə telefon söhbətini açdı: “O, mənə dedi ki...”
Vladimir Putin ABŞ-ın Ukraynaya nüvə silahları ötürə biləcəyindən ciddi narahat olub.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın hazırkı prezidenti Cozef Bayden MSNBC-yə verdiyi müsahibəsində danışıb.
Bayden qeyd edib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibənin əvvəlində Putinlə onun nüvə təhdidləri barədə danışıb.
"Bilirsiniz, Avropada taktiki nüvə silahları hamını, o cümlədən Rusiyanı dəhşətə gətirirdi. O mənə dedi ki, Avropada, yəni Ukraynada nüvə silahlarının olmadığına əmin olmaq istəyir", – deyə Bayden bildirib.
Baydenin sözlərinə görə, söhbətlərdən birində Putin ABŞ-ın Moskvanı vurub, "hətta sabahdan" Rusiyaya hücum edə biləcəyini deyib.
"Dedim ki, bu problem deyil, Ukraynanın heç bir nüvə silahı yoxdur", – deyə ABŞ prezidenti bildirib.
Bayden həmçinin Putinə bildirib ki, Ukraynanın NATO-ya üzv olması "sistemdə əhəmiyyətli dəyişikliklər olmadan" mümkün deyil.
Bundan əvvəl, "Financial Times” qəzetinə müsahibəsində ABŞ Dövlət katibi Entoni Blinken nüvə silahlarının Çinin ABŞ-a kömək edə biləcəyi nadir mövzulardan biri olduğunu bildirib. Xüsusilə, o, Pekinin Moskvanı Ukraynaya qarşı nüvə zərbəsi endirməməyə inandırdığını ehtimal edib.
88 dəfə oxundu