“UPSİLON” şirkəti işçilərin haqqını vermir: Vergi saxtakarlıqları və digər yeyintilər... - Şikayət
Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, İlham Məmmədov 26-89-da yaşayan Əliyar Xasiyev Xeberlent-ə mart ayının 13-dən işlədiyi “UPSİLON” şirkətindən şikayət dolu məktub ünvanlayıb.
Əliyar Xasiyev deyir ki, işə qəbul edildiyi vaxt ona 1800 manat əmək haqqı, 250 manat öz maşınına görə xərc, yanacaqla təminat və ezamiyyət xərci söz verilmişdi. Birinci ay vaxtında əmək haqqı ödənilsə də, ikinci aydan etibarən pul ödənişlərində problem yaranıb. Onun sözlərinə görə, sözügedən şirkət əmək haqqının verilməsində və digər saxtakarlıqlara əl atıb:
“İlk günlərdən Beyləqan rayonunda 22 kənd və magistral xəttinin tikintisi işinə başlamışıq. Daha sonra Lerik rayonun 145 kəndinin tikintisi əlavə olunub. İşin ilk günlərindən bizə nəzarət işlərinə Qasım adlı şəxs rəhbərlik edib. Bir ay vaxtında əmək haqqı ödənildi. Əmək haqqı karta 600 manat köçürülürdü. Qalan pul əlbəəl verilib. Lakin, ikinci aydan etibarən pul ödənişlərində problem yaranıb”.
Məlumata görə, şirkət tərəfindən Lerik və Beyləqanda işlədilən fəhlələlərin 70 faizi qanunsuz şəkildə işlədilib. Əliyar Xasiyev deyir ki, təkcə ötən ay 20-yə yaxın fəhlə polisə müraciət edib.
Əliyar Xasiyev onu da bildirir ki, “UPSİLON” şirkəti ona ümumi olaraq 16693 manat və əlavə olaraq 5 aylıq ezamiyyət pulu verməldir. Şikayətçi hazırda, ona vurulan maddi zərərdən əlavə, əmək kitabçasını da şirkətdən geri ala bilmir. iddia edir ki, şirkət işçilərin əmək haqqısında etdiyi saxtakarlıqlardan əlavə, saysız-hesabsız yeyintilərə və vergidən yayınma hallarına da yol verib:
“İlk gündən ümumi tikintiyə nəzarət edən Qasım özünə Ülvi adında bir işçi gətirdi. Bütün işləri ona həvalə etdi və ödənişləri onunla aparırdı. Çünki, onunla pul bölgüsünü öz aralarında aparırdılar. Lakin, Ülvi bütün işləri keyfiyyətsiz aparırdı. Dirəyin dibinə 65 sm-lik torpaq, 15 sm-lik beton tökürdü. Dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq, öz çirkin əməllərindən əl çəkmirdilər. Əksinə davam etdirirdlər. Hər dəfədə mənə “get öz işinlə məğul ol deyirdi”. Bu məsələni şirkətin direktoru və baş mühəndisə qədər çıxartmışıq. Lakin, heç bir tədbir görülməyib. Əksinə, məni sıxışdırmağa başladılar. Sonralar özünə kömək üçün iş icraçısı Abdullayev Ramini də öz tərəfinə çəkib. Ramin də o şəxsdir ki, 400 manat boru boşaltmaq üçün krana pul ödəyib, hesabatda isə 600 manat yazırdı. Bunların hamısının məndə səs yazıları var. Son iki ayda mənim bütün iş məsuliyyətimi Raminlə özü idarə edirdi. Onların hamısının məndə mesaj şəklində sübutları var. İşlərin çox olan vaxtı Beyləqana “kömək adı altında” Raminlə bir gündə 4 maşın dəyişdilər. Fəhlələri ələ almaq üçün mənim onların pullarını mənimsədiyimi demişdilər. Hansı ki, 12-si axşam mənim kartıma pul daxil olub. Mən də həmin gecə pulu 4 briqadaya paylamışam. Briqadirim Altay Qocayev hər bir kəsə məbləğini və tarixini qeyd etdirib, imza atdırıb. Bununla bağlı əsaslarım da var. Mənim himayəmdə olan materialları da özləri bölüşdürməyə başladılar”.
Əliyar Xasiyev deyir ki, hazırda “Azinvest Telecom Technology” QSC özü də “UPSİLON” şirkəti tərəfindən narazılıq edir. “UPSİLON” şirkəti tərəfindən edilən saxtakarlıqlar səbəbindən həm işçilərə, həm də işin ümumi keyfiyyətinə xeyli ziyan dəyib. Belə ki, ən böyük saxtakarlıqlardan biri də 65 sm qazılan torpağa 15 sm-lik beton tökülməsidir. Nəticədə basdırılan dirəklərin hamısı laxlayıb:
“Lerikdə Aqşin adlı sürücüyə 30 iş günü olduğu halda 3 aylıq əmək haqqı yazmışdılar. Əlavə nəqliyyat xərclərini də işçilərin adına yazırdılar. Daha sonra saxtakarlıqla əldə etdikləri pulları öz aralarında bölürdülər. Bir neçə adamın da adına 15000 manat pul yazıb bölüşdürmüşdülər. Eyni zamanda, vergidən də yayınırdılar. Bütün saxtakarlıqlarla bağlı əlimdə mesajlar, səsli və video sübutlarım var. Hamısını aidiyyəti qurumlara təqdim etməyə hazıram. Mənə şirkət tərəfindən 16693 manat və 5 aylıq ezamiyyət xərci, ən əsası da əmək kitabçamın verilməsini tələb edirəm. Mənə deyilir ki, gəl təhvil-təslim edək. Hansı təhvil-təslimdən söhbət gedir?...Ramin və Qasım bölüşdürdüyü materialları, onların bütün çirkli əməlləri ilə bağlı əlimdə səs və video sübutlar var. Xahiş edirəm ki, aidiyyəti qurumlar tərəfindən araşdırılma aparılsın.”
Yeri gəlmişkən, “UPSİLON” MMC haqda bəzi bilgiləri də əldə edə bildik. Belə ki, şirkət tərəfindən aylardır maaşları verilməyən onlarla işçi var. Onlar maaşlarının verilməməsindən, eyni zamanda qanunsuz işlədilmələrindən şikayətçidirlər.
Qarşı tərəflərin mövqeyini öyrənmək istəsək də heç bir cavab ala bilmədik. Müdriyyət sanki yoxa çıxıb, onlardan xəbər yoxdur. Çünki, sözügedən şirkətin təsisçisi İlkin adlı və "Azinvest Telecom Technology" QSC-nin nümayəndəsi Rəhim adlı şəxs zənglərimizə və mesajlarımıza cavab vermir. Ümid edirik ki, qarşı tərəfdə sözügedən faktlarla bağlı mövqeyini bildirəcək.
Qeyd edək ki, “Azinvest Telecom Technology” QSC 18 may 2017 ci il tarixinə yaradılmışdır. Şirkətin əsas fəaliyyəti Rabitə şəbəkələrinin infraksturunun tikintisi və xidmət göstərilməsidir. Ölkə başçısı cənab İlham Əliyevin 2017-ci ildə imzalanmış sərəncamına əsasən yaradılmış Ələt Azad İqtisadi Zonasına dayanıqlı keyfiyyətli və sürətli rabitə şəbəkəsinin yaradılması məhz Azinvest Telecom Technology QSC tərəfindən həyata keçirilmişdir. Görünür ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elan etdiyi tenderə qalib gələn “Azinvest Telecom Technology” QSC iş etibar etdiyi “UPSİLON” şirkətinin saxtakarlıqlarından hələ də xəbərsizdir, ya da ki...
Qeyd: İddialarla bağlı qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
334 dəfə oxundu