Vüqar Əhmədovun vəzifə verdiyi şəxs içkili halda qəza törədib: "Azərişıq" ASC-nin əməkdaşları ölüb
Xəbər verdiyimiz kimi, yanvar ayının 13-də Əhməd Əhmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşması nəticəsində 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov və 60 yaşlı Yolçu Cavadov dünyasını dəyişib.
32gun.az-a sözügedən hadisə ilə bağlı maraqlı faktlar əldə edib.
Belə ki, qəzada dünyasını dəyişən şəxslər “Azərişıq” Regional İdarəsinin əməkdaşları olublar.
“QAZ-3110” markalı avtomobil də “Azərişıq” Regional İdarəsinə məxsus olub. Avtomobili idarə edən Əhməd Əhmədov “Azərişıq” Regional İdarəsində “Qaraj” rəisidir.
İddia edilir ki, həmin gün içkili halda 1961-ci il təvəllüdlü Əhmədov Əhməd Heybətqulu oğlu idarə etdiyi "QAZ-21031" markalı avtomobillə Mingəçevir şəhəri ərazisində hərəkətdə olarkən qarşıdan gələn həmin şəhər sakini, 1987-ci il təvəllüdlü Hətəmov Ülvi Cəmşid oğlunun idarə etdiyi "Mercedes Benz C" markalı avtomobillə toqquşub.
Nəticədə iki nəfər dünyasını dəyişib, "Mercedes Benz C" markalı avtomobilin azyaşlı sərnişini isə ağır yaralanıb. Azyaşlının hazırda vəziyyəti ağırdır.
Maraqlı odur ki, bu faktla bağlı Mingəçevir ŞPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. Həmin maddəyə əsasən CM-nin 263.2-ci maddəsinə əsasən, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma” cinayət əməlinin tövsifedici əlaməti qismində zərərçəkmiş şəxsin ölümü və bu əmələ görə üç ilədək müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Qeyd edək ki, iki ay "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun müşaviri Bəhruz İsmayılov və Texniki nəzarət idarəsinin rəisi Arif Yusifovun olduğu avtomobil Füzuli rayonu ərazisində qəzaya düşüb. Hadisə nəticəsində xəsarət alanlar hazırda da Bakıda özəl xəstəxanaların birində müalicə alırlar.
580 dəfə oxundu