Yaqub Eyyubovun “dondurulan” milyonlarının ilginc tarixçəsi - Söhbət 29 milyondan gedir

Yaqub Eyyubovun “dondurulan” milyonlarının ilginc tarixçəsi -
Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabının dondurulması ilə bağlı mətbuatda yayılan məlumat geniş rezonansa səbəb olub. Məlumatda qeyd olunur ki, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub. Bakupost.az –ın araşdırmasına görə, Eyyubovun ölkədən milyonlarla vəsait çıxarması, çirkli pulların yuyulmasında iştirakı ilə bağı məlumatlar hələ 2017-ci ildə yayılıbmış. Həmin il məşhur "OCCRP” Baş nazirin müavinin 29 milyon dollar vəsaitinin şübhəli yollarla Macarıstana köçürülməsi ilə bağlı geniş araşdırma yayıb.

Məsələ ilə bağlı hazırda həbsdə olan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də bir il öncə Xural TV-nin efirində maraqlı məqamlara toxunmuşdu.

O bildirmişdi ki, Eyyubov “Rosoboronexport” şirkətindən Türkiyəyə 9 milyon dollar transfer edib və oradan "Metastar” şirkəti vasitəsi ilə oğlunun Macarıstandakı şirkətinə ötürüb.

İndiyə kimi Y.Eyyubov ittihamlara heç bir münasibət bildirməyib. O, jurnalistin bu barədə sualına ”Nə pul, nə milyonlar?!” cavabı ilə kifayətlənib və telefonu söndürüb.

Qeyd edilir ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsdir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib.

Onu da əlavə edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin bir neçə yüksək rütbəli zabiti külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...