Novruz Məmmədovun baldızı qızı AZƏRTAC-a necə müxbir təyin edilib? – Aslanov haqda SENSASİON İDDİALAR
Vəzifəsindən uzaqlaşdırılsa da, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov haqda iddialar səngimək bilmir. Dövlət Agentliyinə rəhbərlik etdiyi illərdə onun vəzifəsindən sui-istifadə hallarına yol verdiyi, əməkdaşlar arasında ayrı-seçkilik hallarına şərait yaratdığı haqda kifayət qədər faktlar mövcuddur. Bu dəfə KONKRET.az-ın redaksiyasına anonim mənbədən daxil olan faktlar isə Aslan Aslanovun qanunsuz əməllərini ifşa etmək baxımından çox qiymətli material sayıla bilər.
Qeyd edək ki, Aslan Aslanov haqqında hələ onun vəzifədə olduğu vaxtlardan saytımızda dəfələrlə tənqidi məqalələr dərc etsək də, AZƏRTAC-ın direktoru bunlardan heç bir nəticə çıxarmayıb. Görünür, elə ona görədir ki, tutduğu vəzifədən azad edilib. Lakin hesab edirik ki, onun idarəçiliyi zamanı yol verdiyi ciddi nöqsanlar araşdırılmalı, maxinasiyalar varsa, bu zaman mənimsənilən pullar dövlət büdcəsinə qaytarılmalıdır. Biz sadəcə əlimizdə olan faktları dərc edirik, gerisi müvafiq dövlət strukturlarının işidir.
Beləliklə, anonim mənbədən daxil olan məlumata görə, Aslan Aslanovun rəhbərliyi dövründə adı işdə olan, lakin özü Dövlət Agentliyinin dəhlizlərində belə görünməyən, buna rəğmən hər ay hesabına pul yazılan şəxslərin sayı kifayət qədərdir. Məsələn, AZƏRTAC-ın keçmiş Həmkarlar Təşkilatının rəhbəri Azər Əliyevin xeyli boş çekə imza atdırması ilə bağlı tutarlı faktlar mövcuddur.
Azər Əliyev
GUNDEMİNFO.AZ xəbər verir ki, KONKRET.az-a adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, Azər Əliyev öz oğlu Həsən Əliyevə ildə 500 manat yardım ayırıb. Ancaq AZƏRTAC-ın kollektivi Həsən Əliyevi heç vaxt işdə görməyib. Bundan başqa, Aslan Aslanovun rəhbərliyi dövründə özünə yaxın işçilərə əlavə saatlar yazılıb. Həmin işçilərlə sövdələşmə nəticəsində isə küllü miqdarda vəsait mənimsənilib. Mənbənin verdiyi məlumata görə, Azər Əliyev və Anar Cəlilov həftədə bir dəfə Aslan Aslanovun Şabranda yerləşən villasında təsərrüfat işləri görmək üçün rayona ezam edilib. Anar Cəlilov Aslanovun villasında aparılan təsərrüfat işlərinə rəhbərlik edib.
Digər iddialara görə, Aslanovun evində işləyən xadimələrin pulu da AZƏRTAC-ın hesabına ödənilib. Bununla bağlı ad və soyadlar, eləcə də tutarlı sənədlər mövcuddur. Anonim mənbənin redaksiyamıza göndərdiyi məlumatlara görə, Aslan Aslanovla yanaşı onun həyat yoldaşının yaxın qohumları da AZƏRTAC-da sözün əsl mənasında “at oynadıblar”. Belə ki, yaxın qohumlardan İradə Tağıyeva mühəndis, İlhamə Yusifova isə aparıcı mütəxəssis kimi idarədə ştata salınıblar. İlhamə Yusifova aparıcı mütəxəssis olsa da, nədənsə Aslanov tərəfindən ona xidməti maşın ayrılıb. Məhz Aslan Aslanovun himayəsi ilə jurnalistlər binasında həyat yoldaşının qohumuna ev verilib.
Digər texniki işçi Nərgiz Həsənovanın isə adına kart açılıb. Bu, həmin Həsənovadır ki, Aslanovun evindəki işlərinə də cəlb edilib. İddiaya görə Nərgiz Həsənova ilin bütün bazar günlərini işə çıxarılıb və ona əlavə pul yazılıb. Digər iddiaya görə, Aslan Aslanovun dövründə heç bir dili səlis bilməyən yaxınları tərcüməçi ştatında işə cəlb olunub. Sadəcə olaraq 44 günlük müharibədə qazi olan qardaşını işə götürdüyünə görə həmin faktın üzərinə çox getməyi məqbul saymırıq.
Bundan başqa AZƏRTAC-da adı işdə gedən, lakin üzü görünməyən əməkdaşlardan biri də Aqil Mirzəyev adlı sürücü olub. O, idarə etdiyi “Kia Karnival” markalı avtomobillə yalnız Aslan Aslanovun nəvələrini çox bahalı məktəb sayılan “Landau”ya aparıb. Ümumiyyətlə, idarəyə alınan xidməti maşınlar yalnız Aslanovun ailəsinə və yaxınlarına xidmət edib.
Apardığımız bəzi araşdırmalara görə, Aslan Aslanovun səhhətində yaranan problemlərə görə təyin edilən dərmənlar da AZƏRTAC-ın hesabına ödənilib. Yəqin ki, ölkənin hüquq-mühafizə orqanları bu faktları ciddi araşdıracaq. Ən gülməli və bəlkə də acınacaqlı məqam ondan ibarətdir ki, ildə bir dəfə müalicə masajistinə verilən pul da AZƏRTAC-ın hesabına ödənilib. Apardığımız araşdırmalar zamanı təxmini rəqəmlər də üzə çıxıb. Belə ki, AZƏRTAC-da işə götürülən əməkdaşların 50 faizi Aslanovun öz qohumları, digər yerdə qalan faiz göstəriciləri isə həyat yoldaşının və oğlunun yaxın adamları olub.
Mətbuatda gedən məlumatlardan da məlum olduğu kimi, AZƏRTACA-a məxsus pay torpaqları öz işçilərinə 2000 manata satılıb. Aslanovun qohumlarına bu torpaqlar pay verilsə də, işçilərin pulunu Azər Əliyev yığıb. 40 sot torpaq isə Aslan Aslanovun oğlunun adına rəsmiləşdirilib.
Digər əldə etdiyimiz məlumatlara görə, yeni rəhbərlik AZƏRTAC-ın xarici bürolarında çalışan müxbirləri rotasiya edəcək. Qeyd edək ki, London müxbiri Ramiz Mehdiyevin yaxını Aynurə Tağıyeva, İstanbul müxbiri isə sabiq baş nazir Novruz Məmmədovun baldızı qızı Günel Məlikovadır. Ümumiyyətlə, Aslan Aslanovun Günel Məlikovanı təyin etməsi ilə bağlı təfərrüatlar məmur özbaşınalığının ən bariz nümunəsi kimi dəyərləndirilə bilər.
İddialara görə, Novruz Məmmədovun ciddi tapşırıqlarından sonra təcili olaraq baldızının qızı İstanbula müxbir təyin edilib. Amma əlavə ştat vahidi açılmadığından Günel Məlikovanın pulu idarə daxilində yığılaraq ödənilib. Mənbənin iddiasına görə, işçilərə ayrılan əlavə saatlardan və digər mənbələrdən əldə edilən pulların hesabına Günel Məlikovaya maaş təyin edilib. Sonradan Novruz Məmmədov öz baldızı qızının xatirinə Türkiyə üzrə yeni ştat vahidinin açılmasını məsləhət bilib.
Ümumiyyətlə, son dövrlər AZƏRTAC-da intriqalar son həddə çatıbmış. İddialara görə, həmin intriqaları Aslanovun həyat yoldaşının yaxın qohumları yaradırmış. Yeri gəlmişkən, dövlət başçısı tərəfindən yeni təyin olunan sədr haqqında hələ ki, müsbət fikirlər formalaşıb. Onun bir neçə dildə səlis danışdığı, vicdanlı və əxlaqlı şəxs olduğu haqda kollektivdə çox müsbət rəy mövcuddur.
637 dəfə oxundu