Bakıda zoomağazadan 8 tutuquşu oğurlanıb

Bakıda zoomağazadan 8 tutuquşu oğurlanıb
Bakıda zoomağazadan 8 tutuquşu, yem, qəfəs, kassa aparatı və pos-terminal oğurlanıb.

Bu barədə GUNDEMİNFO.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə ərazisindən “Zil” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər saxlanılıb.

Araşdırmalarla onların M.Ə.Rəsulzadə qəsəbəsindəki zoomağazaların birindən 1000 manat dəyərində 8 ədəd tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlamaları da müəyyən olunub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
158 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...