Gəncədəki qəzada yaralanan 20 nəfərin şəxsiyyəti məlum oldu - siyahı-fotolar
Kəpəz TV (Region TV) xəbər veir ki, Gəncədə 29 saylı marşrut üzrə hərəkət edən mikroavtobusun Ozan küçəsində divara çırpılması nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər.
Onlardan 6-nın vəziyyətinin ağır, 10-nun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Həkim Şahin Quliyev isə deyib: “Qəza nəticəsində bizim xəstəxanaya 19 nəfər gətirilib. Onlardan ikisinin vəziyyəti ağır olduğundan dərhal palataya yerləşdirilib. Digərlərinin isə müayinələri davam etdirilir. Bəzilərinin xəsarətləri yüngül olduğundan ambulator müalicədən sonra evə buraxılacaq”.
Xəstəxanadan yaralıların əksəriyyətinin tələbə olduğu bildirilib. Yaralılar bunlardır:
Azər Məmmədov - sürücü
Şəhriyar Cəlilov
Hekayət Əhmədzadə
Arifə Cabbarova
Xəyalə Abdulxalıqova
Ülkər Əfəndiyeva
Afaq Məmmədova
Məryəm Əliyeva
Zəhra Məmmədova
Nərmin Əmirova
Sevda İsmayılova
Zöhrab Namazov
Elmir Cəlilli
Elmira Məmmədova
Milana Məmmədova
Amid Babaxanov
Toğrul Əliyev
İlham Bağırov
Pərvanə Fətəliyeva
Tofiq Eminov
* * *15:01
Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Şəhərdə 29 saylı marşrut xətti ilə sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq divara çırpılıb.
Qəza zamanı xeyli sayda sərnişin yaralanaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
1169 dəfə oxundu