“Suriya Əfqanıstan kimi olmayacaq” – Colani

“Suriya Əfqanıstan kimi olmayacaq” –
“Heyət Təhrir əl-Şam”ın (HTŞ) və Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Colani (Əhməd əl-Şəra) ölkəsinin artıq dünya üçün təhlükə yaratmadığını, sanksiyaların götürülməli olduğunu və yeni konstitusiya yazılacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə BBC-yə müsahibəsi zamanı danışıb.
Colani, həmçinin hazırkı Suriyanın Əfqanıstanla müqayisə edilməsinə qarşı çıxıb və qadınların təhsil almasının tərəfdarı olduğunu deyib.
“Suriya Əfqanıstan kimi olmayacaq. Əfqanıstan qəbilə cəmiyyəti idi, lakin Suriyanın fərqli mentaliteti var. Səkkiz ildən çoxdur ki, İdlibdə universitetlərimiz var və düşünürəm ki, bu universitetlərdə qadınların nisbəti 60 faizdən çoxdur”, - deyə Colani bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...