Naxçıvanda 1,6 milyonluq şirkət təsis olundu – Direktor Talıbovun bacanağıdır

Naxçıvanda 1,6 milyonluq şirkət təsis olundu –
Naxçıvan şəhəri, Nəsirəddin Tusi ev 4 ünvanında nizamnamə kapitalı 1 milyon 560 min manat olan “Şahbuz Office” MMC (VÖEN – 0201657711) adlı şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com xəbər verir ki, MMC-nin qanuni təmsilçisi Qəhrəmanov Hünbət Elçin oğludur.
Hünbət Qəhrəmanovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağı olduğu bildirilir. Onun atası Elçin Qəhrəmanov Naxçıvan Muxtar Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri olub.
Məlumat üçün bildirək ki, eyni tarixdə və eyni ünvanda – Nəsirəddin Tusi ev 4 ünvanında 1 milyon 700 min manat nizamnamə kapitalı ilə “Head Property” MMC (VÖEN – 0201658481) adlı şirkət də qeydiyyata alınıb.
Bu şirkətin qanuni təmsilçisi isə “Naxçıvanbank” ASC-nin hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə heyətinin sədri İsa Bünyad oğlu İsayevdir. İsa İsayev uzun illər Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Naxçıvanbank” ASC-nin də rəhbərliyində təmsil olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
226 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...