Tərtərdə yeni layihənin icrasına başlanıb
Tərtərdə “Yaşıl Dünya naminə Həmrəylik ili” çərçivəsində “Ekosistemin mühafizəsi və innovativ texnologiyaların tətbiqi ilə Tərtər rayonu üzrə pay torpaqlaın səmərəli istifadəsi modelinin hazırlanması” layihəsinin təqdimatı keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən təqdimatda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Layihənin rəhbəri Texnika elmləri doktoru, professor Ziyad Abbasov, Türkiyə EGE Universitetinin professoru Beyliş Təkin, Aqrar elmlər doktoru, professor Nizami Seyidəliyev, ADAU-da kafedra müdiri, professor Mirnaib Mirsalahov, İqtisadiyyat üzrə fəlsəfə doktoru, dossent Anar Hətəmov, kənd təsərrüfatında çalışan fermer və sahibkarlar iştirak ediblər.
Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayıb və rayon haqqında ətraflı məlumat verib. Layihənin əhəmiyyətindən danışaraq onun rayonda həyata keçirilməsinə yaxından dəstək olacağını bildirib.
Sonra layihə rəhbəri Texnika elmləri doktoru, professor Ziyad Abbasov layihə barədə ətraflı məlumat verib.
Qeyd edib ki, müasir şəraitdə kənd təsərrüfatının dinamik inkişafının təmin edilməsi bu sahədə innovasiyaların mənimsənilməsi ilə bağlıdır. İnnovasiyalar iqtisadiyyatın aqrar sektorunda istehsalın texniki, texnoloji və təşkilati əsaslarının yeniləşməsi bazasında məhsuldarlığın artırılmasında, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsində başlıca rol oynayır. Kənd təsərrüfatının innovasiyalı inkişafı, həmçinin aqrar sahədə fəaliyyətlə bağlı dayanıqlı inkişaf məsələlərinin həllinə, ilk növbədə torpaq və su resurslarının qorunması və səmərəli istifadəsinə əlverişli imkanlar yaradır. Bu baxımdan kənd təsərrüfatında innovasiyaların geniş yayılması qlobal miqyasda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı həm də ekoloji tarazlığın gözlənilməsinin mühüm amilləri sırasına daxil edilir.
Hazırda Azərbaycanın kənd təsərrüfatında innovativ inkişaf prosesləri sürətləndirilir. Bu mərhələdə sahənin inkişaf strategiyaları çərçivəsində daha funksional kənd təsərrüfatı və mükəmməl ərzaq təhlükəsizliyi sisteminin yaradılması üçün aqrar sahə üzrə təhsil və tədqiqat sisteminin və innovasiyaların tətbiqinin genişləndirilməsi baxımından potensialın inkişaf etdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, innovasiyaların yayım şəbəkəsinin inkişaf etdirilməsi, innovativ texnoloji həllər və üsullardan istifadə haqqında kənd təsərrüfatı istehsalçılarının məlumatlılıq və istifadə səviyyəsinin artırılması mühüm vəzifə kimi qəbul olunur.
Aqrar sahədə tətbiq edilən hər bir innovasiya məhsuldarlığı, gəlirləri artırır və nəticə etibarı ilə bu sahənin daha sürətli inkişafını təmin edir. Son illər ərzində Azərbaycanın kənd təsərrüfatında bir sıra innovativ metod və üsullardan istifadə olunmağa başlamışdır. Kənd təsərrüfatında dronlardan istifadə, ağıllı bağ, müasir əkin metodları, zərərvericilərə qarşı müasir bioloji mübarizənin təşkili, biotexnologiya laboratoriyalarında virussuz toxum və ting yetişdirilməsi, əkin sahələrinin koordinatlarının və sahədə hansı məhsulun əkilməsinin satellitlər vasitəsilə müəyyənləşməsi və s. buna aid edilə bilər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində fermerlərin həyata keçirdikləri biznes fəaliyyətlərinin və kənd təsərrüfatı məhsullarının istehsalının ilkin mərhələsindən son mərhələsinə qədər bütün proseslər öz əksini tapacaqdır. Həmçinin bu sistem bir çox hədəflərə nail olmağa imkan yaradacaq. Bura aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığın və operativliyin artırılması, bütün istiqamətlər üzrə dövlət siyasətinin həyata keçirilməsinə innovativ dəstək, kənd təsərrüfatına yararlı torpaqların və digər təbii resursların idarə edilməsi və səmərəli istifadə edilməsinin təmin edilməsi, informasiya və məsləhət xidmətlərinin effektivliyinin yüksəldilməsi və s. aiddir. Aqrar sahə üzrə vahid məlumat bazasının yaradılması bu sahənin gələcək inkişafında və idarə olunmasında olduqca önəmli faktordur.
Layihə rəhbəri layihənin təqdimatında rayonun əkin sahələri və onun quruluşu, istehsal olunan kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatının sahələr üzrə quruluşu, kənd təsərrüfatı heyvanlarının baş sayı, bikiçilik məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının məhsuldarlığı, pambığın əkin sahəsi, respublika və rayon üzrə pambıq istehsalının dinamikası və məhsuldarlığı, respublika və rayon üzrə kənd təsərrüfatının su təminatı, rayonda müasir suvarma sistemləri və becərmə texnologiyaları, rayonun “Aqrolizinq” ASC-nin texnikaları barədə danışdıqdan sonra pilot layihənin həyata keçiriləcəyi rayonun Bəyimsarov kəndinin əkin sahələri və strukturu haqqında məlumat verib.
Sonra Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Türkiyə EGE Universitrtinin professoru Beyliş Təkin layihə haqqında öz fikirlərini bildiriblər.
Qeyd olunub ki, kənd təsərrüfatı innovasiyası ayrı-ayrı təsərrüfat subyektlərinin və ya təşkilatların, qurumların fəaliyyət səmərəliliyini, rəqabət qabiliyyətini, şoklara davamlılığını və ya ekoloji dayanıqlılığını artıraraq ərzaq təhlükəsizliyinə, iqtisadi inkişafa və təbii ehtiyatların dayanıqlı idarə edilməsinə töhfə vermək üçün müəyyən kontekstdə yeni və ya mövcud məhsulların, proseslərin və ya təşkilati üsulların ilk dəfə istifadəyə verilməsi prosesidir.
Sonda rayon rəhbəri qonaqlarla birlikdə Çaylı və Kəngərli kəndlərində “Furitti aqro” MMC-yə məxsus meyvə bağlarına baxış keçiriblər. Orada yaradılan şəraitlə yaxından tanış olublar.
158 dəfə oxundu