Bakıda tələbə və usta özünü binadan ataraq intihar edıblər

Bakıda tələbə və usta özünü binadan ataraq intihar edıblər


Bakıda iki nəfər intihar edib. APA-nın məlumatına görə, hadisələrdən biri paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə yaşadığı binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Məlumata görə, T. Həsənzadə Tibb Universitetinin tələbəsi olub. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Digər intihar hadisəsi isə Səbail rayonunda baş verib. Rayonun A. Abbaszadə küçəsində yerləş yaşayış binasının 6-cı mərtəbəsindəki mənzildə təmir işləri aparan usta, 1987-ci il təvəllüdlü İlqar Bəşir oğlu Aşurbəyov özünü eyvandan atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1144 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...