Xədicə İsmayılın məhkəməsi təxirə salınıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə X. İsmayılın vəkili Yalçın İmanov çıxış edərək, məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini deyib. Bunun üçün proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Xatırladaq ki, ilkin baxış iclası zamanı müdafiə tərəfi məhkəmənin qismən istintaqla aparılması barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Qeyd edək ki, Elman Həsənov (Türkoğlu) X. İsmayılın “facebook” sosial şəbəkəsində onun şərəf və ləyaqətini alçaltdığını və böhtan xarakterli məlumat yaymasını əsas gətirərək, Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Binəqədi Rayon Məhkəməsi isə X. İsmayılın 2500 manat cərimələnməsi barədə qərar çıxarıb. Həmin qərardan X. İsmayılın vəkilləri apellyasiya şikayəti veriblər.
X. İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və digər maddələrə əsasən ittiham edilir.
1481 dəfə oxundu