5 iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti artırılıb

5 iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti artırılıb


“Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan 5 iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb. “Report”un əldə etdiyi məlumata görə, onlardan biri “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzdur. Digərlərinin adları açıqlanmayıb.

Həbs qətimkan tədbirinin müddəti onların əməllərinin ağırlığı, törətdiyi əməllərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayət materiallarını gizlətmə, saxtalaşdırma, cinayət əməllərini yenidən törətmə göstərilib.

Onların hamısı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Bu gün daha 4 iş adamı barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin artırılması gözlənilir. Onlardan biri “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirovdur.
Qeyd edək ki, saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1085 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...