İranda azərbaycanlı bacılar həbs olundu

İranda azərbaycanlı bacılar həbs olundu


Noyabrın 12-si İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində fars irqçiliyinə qarşı keçirilən aksiyalara dəstək verən 2 azərbaycanlı bacı, Günəş və Pinar Molla Abbasi tutulub. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhər şöbəsinin əməkdaşları bacıları dünən evlərində tutaraq naməlum istiqamətdə aparıblar.

20 yaşlı tələbə Pinar və 15 yaşlı bacısı Günəşin hazırda harada saxlandığı bilinmir.

Xatırladaq ki, noyabrın 6-da, İranın dövlət televiziyasından yayımlanan “Fitilə” adlı proqramda azərbaycanlılar təhqir olunub. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq ölkəyə hakim fars irqçiliyinə qarşı etiraz yürüşləri keçiriblər. Aksiyalarda yüzlərlə insan tutulub, bir neçə adam bədən xəsarəti alıb. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, azərbaycanlıların etiraz aksiyaları davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1140 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...