23 yaşlı oğlan bacısını uşaqlarının gözü qarşısında bıçaqladı

23 yaşlı oğlan bacısını uşaqlarının gözü qarşısında bıçaqladı


Ağsu rayonunda daha bir bıçaqlanma hadisəsi baş verib. APA-nın xəbərinə görə, bu gün saat 13:00 radələrində Ağsunun Ərəbuşağı kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Mürsəlov Hakim Nəzər oğlu əmisinin evinə gedən bacısı, 1986-cı il təvəllüdlü Mürsəlova Yaqut Nəzər qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və H. Mürsəlov bacısına bıçaqla bir neçə xəsarət yetirib. Hadisə qadının iki azyaşlı övladının gözü qarşısında baş verib.

Qarın boşluğundan xəsarətlər alan Y.Mürsəlova Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Məlumata görə, qardaşla bacı arasında bundan əvvəl də mübahisə olub. Hadisənin səbəbləri Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1091 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...