Azərbaycanlı biznesmeni öldürən, maşınını yandıran dəstə tutuldu

Azərbaycanlı biznesmeni öldürən, maşınını yandıran dəstə tutuldu


Rusiya polisi Peterburqun Puşkin rayonunda itkin düşmüş azərbaycanlı biznesmenin cəsədini aşkar edib.

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, oktyabrın 15-də polisə müraciət edən qadın 39 yaşlı Azərbaycan vətəndaşının itkin düşməsi barədə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində biznemsenin 42 yaşlı Ermənistan vətəndaşı tərəfindən yaradılan 4 nəfərlik qrup tərəfindən öldürüldüyü məlum olub. İstintaq müəyyən nedib ki, Peterburqun “Şaşlıçniy dvorik” restoranında aralasında yaranan mübahisə zamanı qrup üzvləri azərbaycanlını döyərək maşnlarının baqajına atıb, sonra Moskva şossesinin 2 kilometrliyində yerləşən Krasnıy Bor qəsəbəsinə gətiriliblər. Burada isə ona 13 bıçaq zərbəsi vurararq qətl hadisəsi törədiblər. Hazırda cinayət faktı ilə bağlı araşdırma aparılır. Şübhəlilərdən ikisinin barəsində həbs-qətimkan tədbiri seçilib. Qalan ikisi başqa yerə getməmək barədə iltizam alınaraq buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...