Azərbaycanlının qatili olan erməni azad edildi

Azərbaycanlının qatili olan erməni azad edildi

Ermənistanın Knetron və Nork Maraş inzibati rayonlarının ədliyyə məhkəməsi Soqomon Köçəryanı ömürlük həbs cəzasından azad edib. Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Armenia Today” xəbər yayıb. Qeyd edək ki, S.Köçəryan 1995-ci ildə İran azərbaycanlısını qətlə yetirdiyi üçün edam cəzasına məhkum edilmişdi. Bundan sonra cəzası ömürlük həbslə əvəzlənmişdi.

Türmədə keçirdiyi 20 il ərzində Köçəryanın bütün ailəsi məhv olub. Onun arvadı 7 il qabaq xəstəlikdən ölüb, 19 yaşlı qızı isə ötən il intihar edib. Qızının qəfil ölümündən sonra Köçəryanın səhhəti ağırlaşıb. O, həbsxananın müalicə müəssisəsinə yerləşdirilib və son illərinin çoxunu burada keçirib. Xatırladaq ki, Ermənistanda ömürlük həbs cəzası alanlar adətən azad olunmur. Köçəryanın azadlığa buraxılması ilk belə hadisədir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...