Rauf Mirqədirovun məhkəməsinin başlama vaxtı məlum olub

Rauf Mirqədirovun məhkəməsinin başlama vaxtı məlum olub


Həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesinin başlama vaxtı məlum olub.

APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclası noyabrın 4-nə təyin edilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...