Sabiq maliyyə nazirinin xalası öğlunu öldürənin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin keçmiş rəis müavini Füzuli İsgəndərovun qətlində ittiham olunan xanımı, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndoravının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Müdafiə tərəfinin vəkilləri cinayət işinin materialları ilə tanış olmadıqlarına görə məhkəmədən vaxt istəyiblər. Məhkəmənin hazırlıq iclası noyabrın 2- də davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi bu il may ayında Bakı şəhəri, Babək prospekti, ev 17-də baş verib. 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu yaşadığı evdə amansızlıqla öldürülüb.
Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıblar. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub. Onun həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.
1110 dəfə oxundu