Avropa Məhkəməsindən Azərbaycanla bağlı daha 2 qərar

Avropa Məhkəməsindən Azərbaycanla bağlı daha 2 qərar

Oktyabrın 15-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan olan iki şikayət üzrə qərar qəbul edib. Vəkil Əsabəli Mustafayev bildirib ki, birinci qərar əmlak hüquqlarının pozulmasına aiddir. İkincisi vətəndaş Qafqaz Məmmədovun Bakıda keçirilən icazəsiz mitinqdə iştiraka görə 5 sutka həbsi barədədir.

Avropa Şurasının qərarına görə, Q.Məmmədovun işində Avropa İnsan Haqları Məhkəməsinin azadlıq hüququ, ədalətli araşdırma, vəkillə təmin olunma və toplaşma azadlığı ilə bağlı 5, 6.1, 6.3 və 11-ci maddələri pozulub. Vəkil bildirib ki, Azərbaycan hakimiyyəti Q.Məmmədova 18050 avro məbləğində kompensasiya ödəməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1125 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...