Beynəlxalq Bankın işində bu dəfə də girov QALMAQALI

Beynəlxalq Bankın işində bu dəfə də girov


"Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək, vəsaitləri qaytarmayan və hazırda həbsdə saxlanılan bankın sabiq məsul vəzifəli əməkdaşları barədə istintaq işi qapalı aparılır". Bu açıqlamanı cebhe.info-ya vəkil Kamandar Nəsibov verib.

Onun sözlərinə görə, Beynəlxalq Bankın işi ilə bağlı istintaq prosesi davam etdirilsə də, müdafiə tərəfinə heç bir məlumat verilmir: “İstintaq prosesi xəbərsiz aparılır. Dindirilmələr də bizim iştirakımızla keçirilmir. Nə işlər görürlər, bilmirik. Ordan-burdan məlumatlar eşidirik ki, girov müqavilələri bağlayırlar. Amma tam dəqiq heç bir məlumat yoxdur”.

Vəkil bildirib ki, Azərbaycan Beynəlxalq Bankının Dubay nümayəndəliyinin rəhbəri və hazırda istintaq təcridxanada saxlanılan Adil Hüseynovla görüşüb: “Adil Hüseynovu bir həftəlik “Bandotdel” deyilən yerə aparmışdılar. Amma orada rəsmi istintaq hərəkətləri keçirilməyib. Bizim məktubla müraciətimizdən sonra Adil Hüseynov yenidən geri qaytarıldı”.

Xatırladaq ki, Adil Hüseynov “qara polkovnik” kimi tanınan Fətullah Hüseynovun oğludur. Qeyd edək ki, saxlanılanlar Beynəlxalq Bankdan iri həcmdə kreditlər götürərək, fırıldaqçılıq yolu ilə mənimsəməkdə, yaxud kreditləri alıb qaytarmamaqda itiham edilir. Onların əksəriyyətinin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə əlaqələrinin olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1063 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...