Banklara atıb ölkədən qaçmaq istədi - hava limanında həbs oldundu

Banklara atıb ölkədən qaçmaq istədi -


Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olan şəxsi saxlayıblar.

GUNDEMİNFO.AZ yazır ki, DSX-nin mətbuat mərkəzindən AzVision.az-a daxil olan məlumatda bildirilib ki, 11.10.2015-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən bir nəfər Azərbaycan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Sadıqov Səməd Qüdrət oğlu saxlanılıb.

Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...