Bakıda iki qardaş bıçaqlandı, onlardan biri öldü

Bakıda iki qardaş bıçaqlandı, onlardan biri öldü


Bakı sakini iki qardaşı bıçaqlayıb, onlardan biri ölüb.

Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakının Suraxanı rayonu ərazisində 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayarq qardaşlardan birinin, 1985-ci il təvəllüdlü Elşən İsrafilovun həyatını xilas edə bilməyiblər.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat işləri aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1017 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...