Göyçayda narkotacirlər dəstəsi yaxalandı

Göyçayda narkotacirlər dəstəsi yaxalandı


Göyçayda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə yaxalanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şübhəli şəxs qismində saxlanılan Göyçay sakini 43 yaşlı Ehtiram Orucovdan 5,350 qram, 22 yaşlı Elvin Usubovdan 1,143 qram tiryək, 26 yaşlı Cavid İsmayılovdan 8,35 qram və Azad Mürsəlovdan 11,41 qram qurudulmuş marixuana götürülüb.

Bundan əlavə, Göyçay sakini 27 yaşlı Sahib Musayev hələlik məlum olmayan mənbədən əldə etdiyi 6,73 qram qurudulmuş marixuanadan 0,86 qramını həmyerlisi Təbriz Tarverdipura satarkən tutulub. Rayonun Potu kənd sakini Rauf Umudovun yaşadığı evin həyətinə baxış keçirilərkən oradan 6 ədəd çətənə kolu və ümumi çəkisi 5 kq 645 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1161 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...