Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı
Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.

Axar.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri tədbir zamanı paytaxt ərazisində silsilə talama cinayətləri törətməkdə şübhəli bilinən Əlcəzair vətəndaşları - 30 yaşlı Mahdi Sidi Muhamed və 28 yaşlı Abkari Riad Bourouba tutulublar.

Araşdırmalarla məlum olub ki, onlar paytaxt ərazisində ayrı-ayrı vaxtlarda şəhərin mərkəzində yerləşən və insanların sıx olduğu ictimai iaşə obyektlərində cibgirlik yolu ilə müxtəlif şəxslərin mobil telefonlarını və digər qiymətli əşyalarını oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...